Yuxarı

“Vəkiloğluları İstiqlal yolunda” - Tədbir

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 fevral 2019-cu il tarixdə Səməd Vurğunun ev muzeyində Azərbaycan Cümhuriyyətinin yuzillik yubileyi tədbirləri çərçivəsində ev muzeyinin təşkilatçılığı ilə "Vəkiloğluları İstiqlal yolunda”adlı tədbir keçirilib.

Kult.az xəbər verir ki, tədbiri giriş sözü ilə müzeyin direktoru Nüşabə Vəkilova açdıqdan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra isə mövzu ətrafında Cümhuriyyət irsinin araşdırıcıları tarix elmləri doktoru Firdovsiyyə Əhmədova, tarix elmlər doktoru Solmaz Tohidi, tarix elmləri üzrə fəlsəfə doktoru, Mahir Qəribov, fəlsəfə doktoru Nazir Əhmədli, filologiya elmlər doktoru Esmira Fuad çıxış ediblər.

Azərbaycan Milli İstiqlalının əldə olunmasında mühüm rolu olmuş vəkiloğulları nəsli Cümhuriyyət parlamentində 4 deputatla təmsil olunub. Doktor Məmmədrza ağa Vəkilov, parlamentin ən gənc deputatı, istiqlal bəyannaməsinin mətinin və Azərbaycan Cümhuriyyətinin ilk yazılı tarixi olan “Azərbaycan Cümhuriyyətinin yaranma tarixi adlı” əsərin müəllifi Rəhim bəy Vəkilov, 23 yaşlı Daxili İşlər Naziri Mustafa ağa Vəkilov, Azərbaycanın yeganə topoqrafiya generalı İbrahim ağa Vəkilov Azərbaycanın dövlət quruculuğunda və parlamentin fəaliyyətində fəal iştirak etmişlər. Onu da qeyd etmək lazımdır ki dövlət quruculuğunda iştirak etməklə bərabər 1918-1920-ci illərdə Şərur-Dərələyəz qəzasında Balo bəy Vəkilovun başçılığı ilə könüllü batalyon Azərbaycan torpaqlarının qorunmasında qəhrəmanlıqlar göstərib. Həmçinin ötən əsrin sonlarında Azərbaycan müstəqiliyinin bərpa edilməsi ilə nəticələnən Milli Azadlıq hərakatında Yusif Səmədoğlu və Vaqif Səmədoğlunun mühüm rolu olub.

Tədbirin sonunda İncəsənət Universitetinin tələbələrinin iştirakı ilə Qan Turalının “Rəhim bəy Vəkilov” tamaşası göstərilib.

Tarix
2019.02.15 / 17:59
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla