Yuxarı

Güclü külək bu ərazilərdə fəsadlara səbəb oldu - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

22:34

Bu gün günortadan sonra Şamaxı rayonunda güclü külək başlayıb.

Oxu.az xəbər verir ki, külək rayonun Şəhriyar qəsəbəsində dağıntılara səbəb olub.

Qəsəbədəki 5 mərtəbəli yaşayış binasının dam örütyü güclü küləkdən sonra yararsız vəziyyətə düşüb. Belə ki, külək dam örtüyünün bir hissəsini qoparıb atıb.

Damdan qopan dəmir və taxta parçaları ətrafa səpələnib. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti əraziyə cəlb olunub.

Fəsadların ardan qaldırlması istiqamətində işlərə başlanılıb.Təhlükəni nəzərə alan briqada, küləyin zədələdiyi dam örütyünü binanın üzərinindən götürülüb.

Qeyd edək ki, hazırda binada 24 ailə yaşayır.

Küləyin binaya vurudğu zərərin miqyası haqqında Rayon İcra Hakimiyyətinə məlumat verilib.

Sakinlər qarlı-şaxtalı havanı nəzərə alaraq, dam örtüyünün tez bir zamanda bərpa olunmasını istəyirlər.

***

Mingəçevir şəhərində əsən güclü külək bir sıra fəsadlar törədib.

Report xəbər verir ki, günorta saatlarından güclənən külək nəticəsində şəhərin Nəriman Nərimanov, Aydın Məmmədov, Təbriz və digər küçələrində ağaclar tam və ya qismən qırılaraq küçə və səkilərə düşüb.

Nəticədə “Mercedes” və “VAZ-2107” markalı iki maşın qırılan ağacların altında qalaraq əzilib.

Küləyin gücləndiyi andan etibarən şəhərin Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin briqadaları fəsadların aradan qaldırılmasına başlayıblar.

Təbiət hadisəsi nəticəsində şəhərin bir sıra yerlərinə elektrik enerjisinin verilməsində uzunmüddətli fasilələr yaranıb.

Həmçinin bir sıra ərazilərdə yanğın hadisələri qeydə alınıb. Yanğınların qarşısı FHN-in yanğınsöndürənləri tərəfindən alınıb.

Tarix
2019.02.18 / 23:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla