Yuxarı

Ayağı amputasiya olunan xalq artisti oxudu - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Həmidə Ömərova hazırda xəstəxanada müalicə alan xalq artisti Ramiz Əzizbəylini ziyarət edib.

Kult.az xəbər verir ki, H.Ömərova bununla bağlı İnstaqram səhifəsində məlumat paylaşıb.

Aktrisa bildirib ki, səhhəti normallaşan aktyor kino çəkmək istəyir:

“Sağalacaq, inşallah. Özü də buna inanır. Yaşamaq, yaratmaq, kino çəkmək, şeir yazmaq istəyir. Öz şeirlər kitabından bizə bir neçə şeir oxuyub kövrəldi, bizi də kövrəltdi. Sonra da məndən təəccüblə soruşdu ki, niyə belə kədərlisiniz?

“Gəlin mahnı oxuyaq”, - dedi və məlahətli, heç kimin səsinə bənzəməyən titrək, həzin səsi ilə oxudu. Bizim optimist, şən, həyatsevər Ramiz Əzizbəylimiz. Allah sizə şəfa versin”.

Xatırladaq ki, xalq artisti R.Əzizbəyli bir neçə ildir iflic, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Yaxın günlərdə xalq artistinin qanqren olan ayağı barmaq hissədən amputasiya olunub.

Tarix
2019.02.19 / 13:53
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla