Yuxarı

İki korifey sənətkar övladının son sözləri - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün tanınmış teatr və kino aktrisası, xalq artisti, “Şöhrət” ordenli Firəngiz Şərifovanın anım günüdür.

Firəngiz xanım Azərbaycanın nəhəng sənətkarları Abbas Mirzə Şərifzadə və Mərziyə xanım Davudovanın ailəsində dünyaya göz açıb.

Ailənin dostu, böyük dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbas Mirzənin razılığı ilə səhnədə səkkiz yaşında "Oqtay Eloğlu"nda Sevər, "Sevil"də Gündüz rollarında çıxış edib.

Daha sonra Mərziyyə xanım balaca Firəngizin əlindən tutaraq konservatoriyaya - Üzeyir Hacıbəylinin yanına gəlib.

Firəngiz Şərifova 1941-ci ildə Üzeyir Hacıbəylinin məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olur. Ali musiqi təhsilini başa vurandan sonra 1947-ci ildən Dövlət Musiqili Komediya Teatrında fəaliyyət göstərir.

Firəngiz xanım bu səhnədə Gülçöhrə ("Arşın mal alan"), Durna ("Durna"), Ulduz ("Ulduz"), Keto ("Keto və Kote"), Bayadera ("Bayadera) rollarını ifa edir.

1949-cu ildən taleyini Gənc Tamaşaçılar Teatrına bağlayan aktrisa bu teatrın səhnəsində "Anacan"da Gülbahar, "Yaşar"da Yaqut, "Qaraca qız"da Yasəmən, "Bir saat xəlifəlik"də Nailə, "İki həyat"da Mayor Niyazova, "Aydınlığa doğru"da Şahbikə, "Keçən ilin son gecəsi"ndə Həmidə, "Mənim nəğməkar bibim"də Mədinə, "Aycan"da Böyük qanqal, "Dovşanın ad günü"ndə Tülkü, "Rübailər aləmi"ndə Məhsəti, "Dərviş Məstəli şah"da Şərəfnisə, "Söhrab və Rüstəm"də Təhminə, "Yazığam, sevmə məni"də Bəyim kimi müxtəlif xarakterli, tamamilə əks qütblərdə duran obrazlar yaradır.

Vaxt keçdikcə teatr təkcə onun işi yox, doğma ocağı, evinə çevrilir.

Onun eyni zamanda çox gözəl səsi vardı.

Daha ətraflı Axar TV-nin süjetində:

Tarix
2019.02.20 / 17:08
Müəllif
Sevinc Xanqızı
Şərhlər
Digər xəbərlər

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla