Yuxarı

Bu gün oğlanların “bayramıdır...” – Millət vəkilindən etiraz

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məktəb uşaqlarına necə təbliğat aparıblarsa, neçə uşaqdan soruşuram, deyir ki, bu gün, yəni 23 fevral oğlanların bayramıdır. Bu uşaqların heç Sovetlər barədə, onun ordu və donaması barədə təsəvvürləri də yoxdur, sadəcə, bu tarixi 8 Martdan öncə gələn oğlanlar bayramı kimi anladıblar.

Kult.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Sovet donanmasının yaranması tarixinin hələ də “oğlanların bayramı” kimi orta məktəblərdə qalmasına etirazını bildirərkən qeyd edib. Deputat bildirib ki, qeyri-milli, qeyri-dini “adətlər” yaddaşımıza yeridilir:

“Yaşadığımız xeyli axmaq adətlərə “islam dini” deyib illərlə, hətta indiyədək, toplumu qandırdılar, millətimizə qan uddurmuş, cəhaləti qanımıza yeritmiş şəxsləri qəhrəman adı ilə yüzillərdir yaddaş menyümüzə soxdullar, bizlərsə mahiyyəti barədə düşünmədən razılaşdıq. Doğrudanmı məktəblərdə “oğlanların bayramı” deyəndə heç olmazsa uşaqlara başa salan yoxdur ki, Sovet ordusunun yaranma günü əvəzinə 26 iyun Milli Ordumuzun yaranma gününü qeyd etsinlər? Mən uzun illər öncə qeyd olunan 23 fevral tarixini unutmuşam, bunu uşaqlarımız üçün görəsən hansı qüvvə yenidən canlandırıb?”

Tarix
2019.02.23 / 14:35
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla