Yuxarı

Nazir cəbhə bölgəsində - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:01

Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü martın 11-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd klubunda keçirilib.

Kult.az xəbər verir ki, qəbuldan öncə mədəniyyət naziri Əbülfəs Qarayev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 2016-cı il Aprel döyüşləri şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Abidənin önünə tər çiçək dəstələri düzülüb.

Sonra nazir Cocuq Mərcanlı məscidini ziyarət edib, “Qayıdış” parkında yaradılan şəraitlə tanış olub. Əbülfəs Qarayev həmçinin kənd klubunda yerləşən Cocuq Mərcanlı kənd kitabxanasının fəaliyyəti ilə də tanış olaraq, tapşırıq və tövsiyələrini verib.

Qəbulda Beyləqan, Cəbrayıl, İmişli, Füzuli və Xocavənd rayonlarından vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Beyləqandan qəbula yazılmış sakinlər rayon Tarix-diyarşünaslıq muzeyinin açıq səma altında olan eksponatlarının bərpası, Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən “Gənclik” xalq teatrının heyəti üçün ustad dərslərinin keçirilməsi, teatra səhnə dekorasiyasının, səhnə geyimlərinin verilməsi və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Cəbrayıl rayonu sakinlərinin müraciətləri Cocuq Mərcanlı kənd klubunun səsgücləndirici və səsyayıcı avadanlıqlarla təchizatı, kənddə multimedia informasiya mərkəzinin yaradılması, cəbhə bölgəsində işləyən işçilərə əlavə imtiyazların verilməsi barədə olub.

Füzuli rayonundan olan vətəndaşlar istedadlı gənc rəssam Ceyhun Ənvərzadənin rəsm əsərlərinin respublikamızda və xarici ölkələrdə keçirilən sərgilərdə nümayiş olunması, ümummilli lider Heydər Əliyevin 1976 və 1982-ci illərdə Füzuli rayonuna səfərləri ilə bağlı çəkiliş lentlərinin əldə olunmasına köməklik göstərilməsi və digər məsələlər barədə xahişlərini bildiriblər.

İmişli rayonundan qəbula gələn sakinlər rayondakı Rəsm qalereyasında ekspozisiyanın yenilənməsi və sərgilənən əsərlərin mübadilə edilməsi, Uşaq incəsənət məktəbinə musiqi alətlərinin verilməsi, rayon Tarix-diyarşünaslıq muzeyində ekspozisiya işlərinin görülməsinə köməklik göstərilməsi barədə müraciət ediblər.

Xocavənd rayonundan olan vətəndaşlar Nərgiztəpə abidəsinin bərpa olunması barədə təkliflərini diqqətə çatdırıblar.

Qəbulda müraciətlərin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

***

Əbülfəs Qarayev Azərbaycan ordusu hissələrinin Cocuq Mərcanlı kəndində yerləşən döyüş postuna baş çəkib. Nazir əsgərlərin xidmət şəraiti ilə tanış oldu, əsgər kazarmasında, yeməkxanada olub.

General-mayor Mayis Bərxudarov hərbçilərimizin yüksək döyüş hazırlığı haqqında məlumat verib. Vurğulanıb ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu hissələrimizin təchizatı ilə bağlı bütün məsələlər yüksək səviyyədə həll olunur, hərbçilərimiz işğal altındakı torpaqları azad etmək üçün veriləcək əmri yerinə yeritməyə hazırdır.

Nazir Əbülfəs Qarayev ön cəbhədə, düşmənlə üz-üzə dayanan əsgər və zabitlərimizi salamlayaraq bu görüşdən böyük məmnunluq duyduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələr, o cümlədən ordu quruculuğu uğurla inkişaf edir. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsinə, Silahlı Qüvvələrimizin maddi-texniki təchizatına daim xüsusi diqqət göstərilir. Bu diqqət və qayğı sayəsində Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malikdir. Qəhrəman hərbçilərimiz 2016-cı ilin aprelində düşmənin ön cəbhədəki təxribatına layiqincə cavab verməklə bunu bir daha nümayiş etdirdilər. Məhz həmin zəfər sayəsində işğal altındakı torpaqlarımızın bir hissəsi, Lələtəpə yüksəkliyi, digər strateji yüksəkliklər düşməndən azad edildi, Cocuq Mərcanlı kəndinin sakinləri doğma yurduna qayırtdı. Vurğulandı ki, yenidən qurulan Cocuq Mərcanlı Qarabağ müharibəsində gələcək zəfərlərimizin müjdəsidir.

Nazir qeyd edib ki, bu gün biz bütün sahələrdə, bütün cəbhələrdə düşmənlə mübarizə aparırıq. İşğalçı Ermənistan təkcə torpaqlarımızı deyil, tariximizi, mədəniyyətimizi, musiqimizi, milli mətbəximizi də hədəf alıb. Torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıblar. Bu gün mədəniyyət sahəsində çalışan insanlarımız da düşmənin irsimizə, tariximizə qarşı bəd əməllərinə, düşmənin məkrinə qarşı mübarizə aparırlar. Tarixi-mədəni irsimizi, mədəni dəyərlərimizi düşməndən qorumaq keçmişimizə və gələcəyimizə sahib çıxmaq deməkdir.

Nazir hərbçilərimizə yeni zəfərlər arzulayaraq Ali Baş Komandan rəhbərliyi ilə, əsgər və zabitlərimizin əzmi, qəhrəmanlığı sayəsində bütün torpaqlarımızın düşməndən azad olunacağına inamını ifadə edib.

Sonda hərbçilərə kitablar, film izləmək üçün ləvazimatlar, milli filmlərin diskləri hədiyyə olunub.

Hərbi hissənin komandanlığı adından nazir Əbülfəs Qarayevə xatirə hədiyyəsi təqdim olunub.

Nazir mətbuata açıqlamasında Cocuq Mərcanlı kəndində keçirilən qəbulun, eləcə də ön cəbhədəki hərbçilərimizlə görüşün əhəmiyyətini vurğulayıb.

Yerlərdə vətəndaşlarla keçirilən bu cür görüşlərin mədəniyyət sahəsinin inkişaf etdirilməsində önəmindən bəhs edən nazir bildirdi ki, budəfəki görüş xüsusi əhəmiyyət daşıyır. Çünki bu görüş 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun zəfərindən sonra yenidən qurulan Cocuq Mərcanlı kəndində keçirilirdi. Bu kəndin sakinləri doğma torpağına qayıdıb, ölkə başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində kənd yenidən qurulub. Bizim fədakar vətəndaşlarımız bu gün öz doğma torpağında, təhlükəsiz şəraitində yaşayır.

Nazir vurğulayıb ki, qəbulda sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib: “Mədəniyyət sahəsində işin təkmilləşdirilməsi, mədəni irs abidələrinin qorunması və digər məsələlərlə bağlı müraciətlər oldu. Burada qaldırılan bütün məsələlərin öz həllini tapacaq”.

Diqqətə çatdırılıb ki, kənddə müxtəlif tədbirlərin təşkil olunmasında mədəniyyət işçiləri də daha yaxından iştirak edirlər. Martın 12-də Cocuq Mərcanlıda Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçiriləcək.

Tarix
2019.03.11 / 19:44
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla