Yuxarı

Səfər Əbiyev "peyda oldu" və medal verdi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dədə Qorqud" Milli Fondunun rəhbəri Eldar İsmayılov və üzvləri - Azərbaycanın eks-müdafiə naziri Səfər Əbiyev, Namiq Əliyev, Sakit Məmmədov Rusiyada yaşayan tanınmış jurnalist Fuad Abbasovla görüşüblər.

Kult.az Unikal.org-a istinadən xəbər verir ki, görüş zamanı çeçen və azərbaycanlılar arasında dostluq münasibətlərinin daha da dərinləşməsi yönündə göstərdiyi fəallığa və erməni saxtakarlığını ifşa etdiyinə görə təltif edildiyi “Vətən Övladı" medalı Fuad Abbasova təqdim edilib.

Xatırladaq ki, bir müddət öncə Moskvadakı “Neolit” kafesində bir qrup azərbaycanlı ilə çeçen arasında baş vermiş insidentin səbəbkarı erməni olub.

Belə ki, özünü azərbaycanlı kimi təqdim edən Harnik Aramoviç Vardanyan Əlixan adlı çeçenlə telefon danışığı zamanı onun həyat yoldaşına həqarət edib. Əlixan adlı şəxs isə onun həyat yoldaşını təhqir edən Harnik Aramoviç Vardanyanın azərbaycanlı olduğunu düşünüb və azərbaycanlılara qarşı da söyüş söyüb. Nəticədə Harnik Aramoviç Vardanyan Əlixanın telefon danışığının azərbaycanlılara söyüş söyülən hissəsini internetdə yayaraq, təxribatın əsasını qoyub.

Çeçenlərlə azərbaycanlılar arasında yaranmış konfliktin müsbət yöndə həlli üçün fəallıq göstərənlərdən biri isə Rusiyada yaşayan azərbaycanlı, Misra TV-nin rəhbəri Fuad Abbasov olub. O, bu erməni təxribatını araşdıraraq üzə çıxarıb və ictimailəşdirib.

Tarix
2019.03.13 / 14:05
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla