Yuxarı

Bu yerlərdə qəzet satışı bərpa olunur - MŞ açıqladı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Mətbuat Şurasında qəzet yayımı ilə bağlı hazırkı vəziyyət müzakirə olunub.

Bu barədə Kult.az-a Mətbuat Şurasından məlumat verilib.

Çıxış edənlər bildiriblər ki, şəhərin müxtəlif yerlərindəki köşklərin heç də hamısı təyinatı üzrə istifadə edilmir. Onların bəzilərində çox məhdud sayda qəzet olur. Əsasən digər məhsullar satılır. Nəticədə qəzetə maraq azalır, redaksiyaların maddi durumu pisləşir. Paytaxtla yanaşı, mərkəzdən kənar yerlərdəki köşklər də tələblər səviyyəsindən aşağıdır.

İclasda həmçinin Bakı Metropoliteninin stansiyalarında, avtobus dayanacaqlarında, Bakı Beynəlxalq Avtovağzalında və əhalinin sıx toplaşdığı digər yerlərdə qəzet satışı, əldə yayım işinin yaxşılaşdırılmasına ehtiyacın duyulduğu vurğulanıb.

Toplantıda qəzet yayımı ilə bağlı vəziyyətin detallarının öyrənilməsinin zəruriliyi önə çəkilib. Bu məqsədlə MŞ-nin vaxtilə mövcud olmuş monitorinq qrupunun fəaliyyəti bərpa olunub. Sabahdan işə başlayacaq qrupun əldə etdiyi nəticələr şuranın katibliyinə təqdim olunacaq və qruplaşdırılacaq. Məsələ Mətbuat Şurasının İdarə Heyətində kütləvi informasiya vasitələrinin rəhbərlərinin iştirakı ilə geniş müzakirə olunacaq. Ümumən qəzet yayımı ilə bağlı MŞ adından aidiyyatı qurumlara müraciətin ünvanlanması nəzərdə tutulur.

Tarix
2019.03.13 / 17:08
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla