Yuxarı

ADU-da hind rəqsləri - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Hindistanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şri B.Vanlalvavna ilə görüşüb.

Kult.az xəbər verir ki, Şri B.Vanlalvavnanı Azərbaycana yeni səfir təyin olunması münasibətilə təbrik edən Kamal Abdulla ona diplomatik missiyasında uğurlar arzulayıb.

Rektor ADU-da həyata keçirilən “Səfir saatı” layihəsi haqqında məlumat verərək, universitetin müəllim və tələbələri ilə görüşmək üçün səfiri layihədə iştirak etməyə dəvət edib.

ADU-da Hind dili və mədəniyyəti mərkəzinin fəaliyyətindən söz açan rektor Hindistan universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradılmasını təklif edib.

Səfir Şri B.Vanlalvavna səmimi qəbula görə minnətdarlığını bildirib. O, Azərbaycanın dünya ölkələri üçün təklif edəcəyi bir çox perspektivlərin olduğunu diqqətə çatdırıb.

Görüşdə təhsil sahəsində ölkələrarası əlaqələrin inkişafı üçün gələcək perspektivlər müzakirə olunub.

Görüşdən sonra rektor Kamal Abdulla və səfir Şri B.Vanlalvavna Hind dili və mədəniyyəti mərkəzi və “Sanqat” Hind klubunun birgə təşkilatçılığı ilə keçirilən Holi festivalında iştirak ediblər.

Festivalda tələbələr bayramın tarixi və ənənələri haqqında məlumat veriblər, hind rəqsləri ifa ediblər, bayramın simvolu olan holi rəngləri ilə üzlərini boyayıblar.

Tarix
2019.03.14 / 17:24
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla