Yuxarı

"Bacarıqsız" oğrular kameraya düşdü - Anbaan görüntülər

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 11-də Nizami rayonu ərazisində oğurluğa cəhd olunub. Belə ki, iki nəfər şəxs gecə saatlarında Qara Qarayev prospekti 106 ünvanında yerləşən “Elvin” marketinin giriş qapısının qıfılını açmağa çalışıblar. Oğurluğa gələn şəxslərin üzləri qapalı olduğundan onları görmək mümkün olmayıb. Həmin anları marketin ətrafında quraşdırılmış təhlükəsizlik kameraları qeydə alıb.

Onlar ilk cəhddə marketin giriş qapısının jalüz örtüyünün qıfıllarını açsalar da, daha bir çətinliklə üzləşiblər. Dəmir barmaqlıqlara vurulan əlavə üç qıfıl onları çətinə salıb. Təxminən 1 saat müddətində qıfılları açmaqla əlləşiblər. Lakin nə qədər çalışsalar da, açılmayıb və geri çəkilməyə məcbur olublar. Ərazidən uzaqlaşarkən diqqət çəkməmək üçün jalüzü aşağı endiriblər.

Səhər marketə gələn satıcı “sürpriz”lə qarşılaşıb. O, hadisəni təfərrüatlı şəkildə Musavat.com-a danışıb:

“Mağazaya gələndə gördüm ki, jalüzün qıfılı sındırılıb. Çox qorxdum, təşviş içində idim. Jalüzü qaldıran zaman dəmir barmaqlara vurduğum qıfıllar yerində idi. Təhlükəsizlik kamerasını açıb, izləməyə başladım. Videoya baxanda hadisənin gecə saat 02:00 radələrində baş verdiyi bəlli oldu. İki nəfər marketə yaxınlaşır, onlardan biri qaranlıqda dayanan “Jiquli” avtomobilinin arxasında gizlənərək, ətrafa göz gəzdirir, digəri isə linglə qıfılları sındırmağa başlayır. Üzləri bağlı olduğundan aydın görünmürdü. Ümumilikdə 5 qıfıldan üçünü sındırıblar. Digər qıfılları nə qədər cəhd etsələr də, sındıra bilməyiblər”.

Obyektin sahibi əvvəllər də mağazadan bir neçə dəfə oğurluğun baş verdiyini bildirdi:

“Ümumiyyətlə, tez-tez bu cür “sürpriz” hadisələrlə qarşılaşıram. İki ay öncə də mağazanın şüşəsini sındırmışdlar. Təkcə fevral ayı ərzində iki nəfər müştəri mağazadan oğurluq edib. Oğurluq hadisəsinin biri dekabr ayının 3-də, digəri isə dekabrın 11-də edilib. Yaşlı qadın satıcının diqqətindən yayınaraq, piştaxtaların görünməyən hissəsinə keçib şampun, saç geli və sair əşyalar götürüb. Müşahidə kamerasına baxdıqda aydın oldu ki, digər oğurluğu 50-55 yaşlarında bir kişi edib. O, 21 manatlıq araq oğurlayıb. Həmin anı satıcı müşahidə kamerasından görərək, ondan malı qaytarmağı tələb edib. İçkini qolunun altında gizlədən oğru qaçaraq, mağazanı tərk edib. Ətrafdakılar onu dayandırmağa cəhd etsələr də, bu, mümkün olmayıb. Bu barədə polis əməkdaşlarına da məlumat vermişəm. Hələlik oğurluğa cəhd edənlər barəsində bir xəbər yoxdur”.

Tarix
2019.03.14 / 20:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla