Yuxarı

EHTTA növbəti Baş Assambleyasını bu ölkədə keçirir

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin 13-16 mart tarixində Yunanıstanın Loutra Pozar şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) növbəti Baş Assambleyası keçirilir.

Kult.az xəbər verir ki, iclasda Afyon (Türkiyə), Ladek Zdroj (Polşa), Istiea (Yunanıstan), Clermont-Auvergne Métropole (Fransa), Archena (İspaniya), Baden Bei Wien (Avstriya), Monchique və Luso (Portuqaliya) şəhərləri Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına bərabərhüquqlu üzv kimi qəbul olunması haqqında qərar verilib.

Qəbələ şəhərinin 2019-cu ildə Assossiasiyaya üzv seçilməsi ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi, layihənin koordinatoru Günel Aslanova tərəfindən təqdimat keçirilib. Qeyd etmək lazımdır ki, Assossiasiyaya üzv ölkələrin və elmi komitənin nümayəndələrinin iştirak etdiyi tədbirdə Qəbələ rayonunun termal infrastruktur imkanları və “Qəbələ Dövlət Tarixi Bədii Qoruğu” haqqında geniş məlumat verilib və təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Təqdimatdan sonra çıxış edən EHTTA-nın prezidenti Cüzeppe Bellandi Azərbaycanın son illər təşkilatda aktiv fəaliyyətini bəyəndiyini va görülən işlərin, əməkdaşlığın bundan sonra da davam edəcəyini qeyd edib. Bu ilin iyun ayında təşkilatın mütəxəssislərinin YUNESKO-nun tədbirində iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində Qəbələ şəhərinə baş çəkəcəklərini və şəhərin üzvlüyə qəbul olunacağını bildirib.

Məlumat üçün bildiririk ki, EHTTA 2019-cu ildə 10-dan çox beynəlxalq sərgidə təmsil olunacaq və bu sərgilərdə təqdim olunacaq rəsmi kataloqlarda “Qalaaltı” haqqında da geniş məlumatlar yer alıb. Həmçinin, müxtəlif dillərdə nəşr olunan kataloq bu il ilk dəfə olaraq Azərbaycan dilində də üzv ölkələrə göndərilib.

Onu qeyd etmək lazımdır ki, EHTTA-nın rəsmi saytında Azərbaycanda il ərzində keçiriləcək “Formula 1 Azerbaijan Grand Prix” yarışları, “Bakı prosesi” çərçivəsində həyata keçirilən V Mədəniyyətlərarası Dialoq Forumu, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası və digər mötəbər tədbirlər barədə ətraflı məlumatlar öz əksini tapıb.

Xatırladaq ki, 2016-cı ildə Qalaaltı kurortu Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına (EHTTA) bərabərhüquqlu üzv seçilib və 2018-ci ilin may ayında isə EHTTA-nın Baş Assambleyası Qalaaltıda keçirilib.

Tarix
2019.03.15 / 12:54
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla