Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 May 2019


Azərbaycanda iki vəzifəli şəxs həbs edildi - Rəsmi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda iki vəzifəli şəxs həbs olunub.

Məhkəmə-Hüquq Şurası və Baş Prokurorluqdan Axar.az-a daxil olan birgə məlumatda bildirilir ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən tədbirlər çərçivəsində hakimlərin məsuliyyət hissinin artırılmasına, vətəndaşların haqlı narazılığını doğuran korrupsiya və digər neqativ halların aradan qaldırılmasına xüsusi əhəmiyyət verilir.

Təkcə son zamanlar Məhkəmə-Hüquq Şurası tərəfindən korrupsiya ilə bağlı 9 hakimin səlahiyyətlərinə xitam verilib və yaxud tutduğu vəzifədən azad edilib.

Qanunvericiliyin tələblərini kobud pozmasına və korrupsiyaya şərait yaradan hallara görə səlahiyyətlərinə xitam verilmiş Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov barədə materiallar Məhkəmə-Hüquq Şurasının qərarına əsasən cinayət xarakterli korrupsiya halına hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Materiallar üzrə cinayət işi başlanıb və istintaqın gedişində Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov və məsləhətçisi Şahid Allahverdiyevin məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb etmələri müəyyən edilib.

Bununla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən A.İsmayılova Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma), Ş.Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2019.03.15 / 19:14
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Bakıda meymun sahibini xəstəxanalıq etdi

Bakıda dəhşətli qətl: villasında yatan atanın boğazını kəsib…

Güclü külək şimal bölgəsini vurdu - Foto

Cavandan xalq artisti olmasına reaksiya: Yıxılacam bu dəqiqə

Prezidentdən Kamal Abdulla ilə bağlı – Sərəncam

Onlar "xalq şairi" və "xalq yazıçısı" adı aldı - Siyahı

Məşhur amerikalı Nobel mükafatçısı öldü

Qədr gecəsi nə vaxtdır, fəzilətləri nələrdir? – Hacı Şahin

Bakıda "Gelandevagen" belə qəza törətdi - Video

Xədicə haqlıdır: Ramil Səfərov biabırçı səhv etdi

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla