Yuxarı

Məşhur dizaynerin dəfiləsində Təbriz və Qarabağ şüarı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı dizayner Şervin Nəcəfpur yeni moda kolleksiyasını Təbriz və Qarabağ şüarları ilə təqdim edib.

Kult.az xəbər verir ki, əslən Urmiyadan olan Norveç vətəndaşı Şervin Nəcəfpurun kolleksiyası “Xocalıya ədalət”, “Mən Qarabağa qayıtmaq istəyirəm” sözləri, eləcə də Təbriz adı ilə Türkiyənin Antalya şəhərində nümayiş etdirilib.

Ənənəvi olaraq hər il keçirilən “Antalya Fashion Week” dəfiləsinin təşkilatçısı Eda Meltem Yılmazdır.

Kolleksiyanın həm ideya konsepti, həm də nümayiş olunan geyimlər moda tənqidçiləri və dəb blogerləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, dizayner Şervin Nəcəfpur Norveçin bir çox məşhur ulduzlarının geyimlərini hazırlayan ən bahalı dizaynerlərdən biridir. Soydaşımız Avropada Güney və Quzey Azərbaycanla bağlı keçirilən tədbirlərdə aktiv şəkildə iştirak edir.

Tarix
2019.03.16 / 11:26
Müəllif
Aynurə Məmmədova
Şərhlər
Digər xəbərlər

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla