Yuxarı

Musiqi Mədəniyyəti Muzeyinə Türkiyədən hədiyyə

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 15-də Muzey Mərkəzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə olunmuş Türkiyənin musiqi alətlərinin təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, mərasimdə çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova mədəniyyət ocağının fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, hazırda muzeydə 60 min eksponat qorunur. Türkiyə ilə yanaşı bir neçə ölkədən də muzeyə hədiyyə olunmuş eksponatlar yer alır.

Direktor qeyd edib ki, Türkiyə Cümhuriyyəti Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının rəhbəri Selcuk Akat tərəfindən musiqi alətləri ustası Feridun Obul tərəfindən hazırlanan cura, tütək, Qara dəniz kamançası, Qabaq kamanı kırbız, qoşanağara, lavta, nefir, zurna, ney, sipsi və cümbüş (iki ədəd) – ümumilikdə 12 türk musiqi aləti təqdim muzeyə hədiyyə olunub. Bu musiqi alətlərinin muzeyin ekspozisiyasını daha da zənginləşdirdiyini deyən A.Bayramova dəyərli hədiyyələrə görə öz minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanın muzey şəbəkəsində xüsusi yer tutan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ölkəmizin musiqi dünyası haqqında əyani təsəvvür yaratdığını bildirib.

Bu gün Azərbaycan mədəniyyətinin inkişaf dövrünü yaşadığını qeyd edən nazir martın 1-də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət nümayəndələri ilə görüşünün ictimaiyyət tərəfindən olduqca maraqla qarşılandığını dedi: “Həmin görüşdə Azərbaycanda musiqi alətləri kolleksiyasının yaradılması təklifi irəli sürülüb. Bugünkü tədbir də bu baxımdan çox əhəmiyyətlidir”.

Azərbaycan musiqisinin zənginliyindən danışan nazir vurğulayıb ki, muğam, tar, kamança və aşıq sənətimiz UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısında yer alaraq bəşəri status qazanıb.

Əbülfəs Qarayev iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib:

“Türkiyə və Azərbaycan qardaş ölkələr olaraq mədəniyyət sahəsində də uğurla əməkdaşlıq edirlər. Qarşılıqlı mədəni tədbirlər, təqdimatlar keçirilir. Qeyd etmək istəyirəm ki, bu yaxınlarda Ankara və İstanbul şəhərlərində Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 650 illik yubileyini geniş şəkildə qeyd etdik. Bir neçə gün öncə Türkiyənin ölkəmizdəki səfirliyində Novruz bayramına həsr olunmuş gözəl bir tədbir keçirildi. Bütün bunlar mədəniyyət sahəsində münasibətlərimiz haqqında aydın təsəvvür yaradır”.

Nazir sonda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə olunmuş musiqi alətlərinə görə qardaş ölkənin səfirliyinə, Türkiyə Cümhuriyyətinin Xarici İqtisadi Əlaqələr Qurumuna öz minnətdarlığını bildirib.

Daha sonra çıxış edən Türkiyənin ölkəmizdəki səfiri Ərkan Özoral iki ölkəni qardaşlıq əlaqələri ilə yanaşı, güclü mədəniyyət bağlılıqlarının da olduğunu deyib. O qeyd edib ki, bu kontekstdə musiqi sahəsinin məxsusi yeri var. Hər iki ölkənin zəngin musiqi ənənələrinin olduğunu qeyd edən səfir bu sahədə əlaqələrin daha da inkişafının diqqətdə saxlanılmasının əhəmiyyətli olduğunu vurğulayıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Türkiyə Cümhuriyyətinin Xarici İqtisadi Əlaqələr Qurumunun Türkiyə-Azərbaycan İşgüzar Şurasının rəhbəri Selcuk Akat çıxış edərək tədbirin əhəmiyyətindən söz açdılar. Qeyd olunub ki, bu cür təqdimatların keçirilməsi mədəniyyət sahəsində əlaqələrin daha da inkişafına xidmət edir.

Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının ifasında konsert proqramı ilə davam edib.

Tarix
2019.03.16 / 20:01
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla