Yuxarı

Dadaşov bu aparıcıları yerində oturtdu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar Novruz bayramının bir sıra atributlarının tənqidi, bu sahədə yeniliklərin zəruriliyi ilə bağlı fikirlərə tez-tez rast gəlinir.

Bunu Report-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, hətta bu tip diletant fikirlər bəzən teleradio efirlərinə də yol tapır:

"Məsələn, ötən həftə Media FM-in "Manpası" verilişinin aparıcıları keçəl və kosa personajlarının guya dövrə, zamana uyğun olmadığı və ümumiyyətlə Novruz bayramının rebredinq olunması ilə bağlı fikirlər səsləndirirdilər. Fikrimcə, əvvəla, ənənələrə hörmət edilməlidir. Bu dəyərlər uzun əsrlərin sınağından çıxıb. İkincisi isə Novruz adətləri hansısa aparıcının tənqid edə biləcəyi mövzu deyil. Aparıcının efirdə bu cür sərbəstliyi, böyük-böyük danışması yolverilməzdir. Aparıcı zəhmət çəksin öz miqyasında olan məsələlərə münasibət bildirsin. Ümumiyyətlə bəzi aparıcılarda verilişlərinin reytinqinin gətirdiyi başgicəllənməsi hiss olunur. Ola bilsin həmin aparıcıdan da kimlərinsə, xoşu gəlmir. Onda tələb etsinlər ki, həmin aparıcını da "rebredinq" eləsinlər? Ümumiyyətlə, Novruz adətlərinin, personajlarının gözdən salınmasında medianın müəyyən rolu var. Belə ki, komediya adı altında hansısa tamaşada, serialda kosa və keçəlin iştirakı ilə səviyyəsiz komik səhnələr çəkilib nümayiş etdirilir… Yaradıcı işlə məşğul olanlar öz məsluliyyətlərini hiss etməlidirlər. Çünki dəyərlər hamınındır, reytinq xatirinə aşağılana bilməz.

Pafoslu səslənsə də, milli dəyərlərin kreativliyə, innovasiyalara, rebredinqə ehtiyacı yoxdur".

Tarix
2019.03.18 / 11:34
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla