Yuxarı

Bulvarda Novruz tədbiri: vətəndaşları sürpriz gözləyir

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dənizkənarı Bulvar İdarəsi martın 21-dən “Doğma Bulvarda Novruz” adlı bayram proqramı təqdim edəcək.

Kult.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Günay Yelmarqızı məlumat yayıb.

O bildirib ki, Kukla Teatrının arxasında yerləşən meydanda keçiriləcək bayram tədbiri martın 24-nə qədər davam edəcək.

Meydanda artıq bayram çadrları, milli oyunlar və animasiya üçün meydança qurulub. Meydandakı böyük səhnədə rəngarəng rəqs və musiqi proqramları təqdim olunacaq. Bayram günlərində milli rəqs ustad dərsləri, nağara şou və ustad dərsləri, əl işləri üzrə ustad dərsləri təşkil olunacaq, alovla şou nümayiş etdiriləcək.

Xüsusilə uşaqlar üçün maraqlı proqramlar nəzərdə tutulur - onlar sevimli cizgi filmi qəhrəmanları ilə görüş, açıq meydanda gün ərzində bir neçə dəfə uşaq nağılları tamaşası, kukla teatrı tamaşası izləmək imkanı qazanacaqlar.

Bayram tədbirində paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı sürprizlər gözləyir.

Tarix
2019.03.18 / 17:50
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla