Yuxarı

DGK-dan əməliyyat: 20 milyonluq heroin ələ keçirildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrükçülərin həyata keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində 110 kiloqram 400 qram narkotik vasitənin-heroinin qaçaqmalçılığının qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Axar.az-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İrandan külli miqdarda narkotik vasitələrin Azərbaycan ərazisindən tranzit keçməklə Avropa ölkələrinə aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında İrandan Azərbaycan ərazisindən tranzit keçməklə İsveçə “yeyinti malları” adı altında yük daşıyan İran vətəndaşı İranızadeh Alı Gholamabbasın idarə etdiyi “Volvo” markalı yük avtomobili Biləsuvar gömrük postunda saxlanılıb və “Belıy” ləqəbli kinoloji xidmət iti vasitəsilə gömrük yoxlamasından keçirilib. Yoxlama zamanı xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun təkərlərinə reaksiya verib. Bundan sonra qoşqunun təkərləri açılaraq 3 ədəd hərəkətverici oxların içərisində, zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqda gömrük nəzarətindən gizlədilmiş dairəvi-uzunsov formalı bağlamaların olduğu müəyyən edilib. Yoxlama zamanı yapışqanlı lentlə sarınmış dairəvi formalı bağlamaların içərisindən, ümumilikdə 110 kiloqram 400 qram narkotik vasitə-heroin aşkarlanıb.

Tutulan narkotik vasitənin İrandan İsveçə aparılmasını nəzərə alsaq, 110 kiloqram 400 qram heroinin Avropanın “qara bazar”ında dəyəri, təxminən 20 milyon manat təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2019.03.19 / 21:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla