Yuxarı

Bakıda bu marketdə hədiyyə paylanır - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt sakini Qəşəm Niftəliyev Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyindəki marketində məktəblilər üçün maraqlı aksiya başladıb.

Kult.az xəbər verir ki, o, gündəliyindəki “5” qiymətini göstərən şagirdlərə dəftər, qələm, kökə və s. həvəsləndirici hədiyyələr təqdim edir.

Q.Niftəliyev bildirib ki, məqsədi şagirdlər arasında təhsil sahəsində rəqabəti artırmaqdır:

“5” alan şagirdin yanında başqa bir şagird olanda iki hədiyyə verirəm ki, o da görüb həvəslənsin. Həqiqətən də elə olur. Səhəri gün həmin uşaq da gündəliyindəki “5”-i göstərib hədiyyə qazanır. Əvvəllər bütün günü küçədə oynayan uşaqlar indi evə gedib dərs oxuyur ki, yaxşı qiymət alsın və hədiyyə qazansın. Düzdür, oxuyan uşaq onsuz da oxuyur, amma təhsildən uzaq düşən uşaqlar indi xeyli həvəslənib.

Fikirləşirəm ki, rübün sonunda əlaçı seçilənlərə və universitetə qəbul olanlara daha böyük hədiyyələr hazırlayım. Həmçinin şərəf lövhəsinə vurulmuş fotosunu göstərənlərə də hədiyyə verməyi düşünürəm. Onların məktəbə, dərsə həvələnməsi üçün əlimdən gələni edirəm. Bəzən ayrı-seçkilik olmasın deyə bizim marketdən alış-veriş etməyən şəxslərin də uşaqlarına hədiyyə verirəm”.

Tarix
2019.04.09 / 11:07
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla