Yuxarı

Notr-Dam yandı: bizim abidələrimiz necə qorunur?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Fransada XII əsrə aid Paris Notr-Dam kilsəsinin yanması Azərbaycandakı tarixi abidələrin yanğından necə mühafizə olunması məsələsini gündəmə gətirib.

Məsələ ilə bağlı Kult.az-a danışan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirib ki, nazirlik tərəfindən qorunan tarixi abidələrdə yanğın təhlükəsizliyinin təmin olunması dövlət tərəfindən müəyyən olunmuş normalar əsasında həyata keçirilir:

“Hazırda mədəniyyət ocaqları kimi fəaliyyət göstərən bir sıra tarixi abidələrdə son illər Dövlət Xidməti tərəfindən təmir-bərpa işləri həyata keçirilib. Həmin abidələrdə də yanğın təhlükəsizliyi müasir tələblərə uyğun qurulub. Yanğınsöndürmə balonları ilə yanaşı, avtomatik su ilə yanğınsöndürmə, əl ilə yanğın söndürmə sistemləri quraşdırılıb. Əsaslı təmir işləri həyata keçirilmiş abidələrdə sadalanan yanğınsöndürmə sistemləri ilə yanaşı, qazla yanğınsöndürmə sistemləri də quraşdırılıb. Bu sistemlər yanğın zamanı eksponatların, əşyaların qorumasını təmin etməyə hesablanıb. Belə ki, su ilə yanğın söndürmə muzey eksponatlarına daha çox ziyan verə bilər. Qaz ilə yanğınsöndürmə isə yanğın baş verdiyi zaman yüksək təzyiqlə F200 qazının istifadəsi nəticəsində ani olaraq yanğın söndürülür.

Azərbaycan Milli İncəsənət Muzeyi, Musiqili Teatr, Akademik Milli Teatr, Kukla Teatrı, Nizami Kino Mərkəzi, Heydər Əliyev Sarayı kimi binalarda ən son yanğından mühafizə sistemləri quraşdırılıb”.

Tarix
2019.04.16 / 15:09
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla