Yuxarı

ADU-da Nəsiminin yubileyinə həsr olunmuş seminar

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin (ADU) multikulturalizm elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Hürufilik və Nəsimi yaradıcılığında multikulturalizm və tolerantlıq ideyaları” mövzusunda seminar keçirilib.

ADU-dan Kult.az-a bildirilib ki, seminarda Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov “Nəsimi yaradıcılığında insan konsepsiyası” mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra multikulturalizm elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Afət Musayevanın “Azərbaycan ədəbiyyatında sufizm və multikultural ideyalar”, laboratoriyanın kiçik elmi işçisi Turan Kərimlinin “Qərb ədəbiyyatında sufizm və hürufiliyə baxış”, laboratoriyanın elmi işçisi Əli Fərhadovun “Fəzlullah Nəimi və İmadəddin Nəsimi yaradıcılığında multikultural dəyərlər” mövzularında məruzələri dinlənilib.

Seminarda ADU-nun elmi işlər üzrə prorektoru, filologiya üzrə elmlər doktoru Sevinc Zeynalova, filologiya və jurnalistika fakültəsinin tələbələri, həmçinin Bakı Musiqi Akademiyasının müəllim və tələbələri iştirak ediblər.

Sonda tələbələrin sualları cavablandırılıb.

Tarix
2019.04.18 / 16:10
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla