Yuxarı

Bu, Fazil Mustafanın hesabatıdır - Rəbiyyət Aslanova

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fazil Mustafanın bütün yaradıcılığı, bütün görüşləri, onun daxili azadlığından irəli gələn fikirləri fəlsəfəyə söykənir. Fazil bəyin xüsusilə türk xalqları və onların azadlıqlarına dair axtarışları bizim tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə çox şey qazandırıb. O, yaradıcılığı ilə də yetişməkdə olan gənc nəslə hələ çox şey qazandırmış olacaq.

Kult.az xəbər verir ki, bu sözləri BDU-nun kafedra müdiri Rəbiyyət Aslanova Böyük Qurtuluş Partiyasının başqanı, fəlsəfə doktoru, Milli Məclisin deputatı Fazil Mustafanın müəllifi olduğu 5 kitabın bu gün keçirilən təqdimat mərasimində bildirib.

R.Aslanova qeyd edib ki, Azərbaycan vətəndaşının formalaşmasına, onun tarixi yaddaşını, milli kimliyinin yaranmasına ziyalılarımız böyük təsir göstərir. Bu işdə də ziyalılarımızdan olan Fazil Mustafanın rolu böyükdür:

“Fazil Mustafa mənə zəng edib belə bir toplantı keçirildiyini bildirəndə özünə də dedim ki, səninlə bağlı çoxdandır demək istədiyim sözləri söyləmək üçün bir fürsətdir bu. Mən Fazil Mustafanın yaradıcılığı barədə də bir qədər danışmaq istəyərdim. Onun yaradıcılığının əsas hissəsi fəlsəfə sahəsində göstərdiyi xidmətlərdir. Fazil müəllimin bütün yaradıcılığı, bütün görüşləri, onun daxili azadlığından irəli gələn fikirləri fəlsəfəyə söykənir. Xüsusilə onun türk xalqları və onların azadlıqlarına dair axtarışları bizim tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə çox şey qazandırıb.

Fazil Mustafa əsərlərində “Biz kimik?” sualına detallı nümunələr göstərən, milli kimliyimizi formalaşdıran yazarlardandır.

Hər kəs dünyada türklərə, türk xalqlarına qarşı təzyiq, bir qədər nifrət, qısqanclıq olduğunu gözəl bilir. Tarix boyu "türkologiya" sözünə qarşı qorxu yaşayan elm adamları olub. Lakin bu gün Fazil Mustafa yazdığı əsərlərlə dünyaya təkcə bir mesaj vermir. Həm də nümunəvi dərs keçmiş olur.

Fazil müəllim daim fərqli düşüncələri, fikirləri ilə seçilib. Standart insanlar hamı kimi düşünür. Belələri ortaya nümunə qoya bilmir, qoysa belə, düşüncələri standart olduğu üçün heç nəyə nail olmur. Ancaq Fazil bəy fərqli düşüncə və fərqli fikir adamı olduğu üçün ona və yazdıqlarına daim maraq var, oxunur, tələb edilir. O daim maraqlı fikrilər irəli sürüb”.

R.Aslanova bildirib ki, belə fərqli, nümunəvi düşüncə sahibi olan bir ziyalını həmişə qorumaq lazımdır:

“Volterin bir maraqlı “Fəlsəfə məktubları” əsəri var. Orada yazır ki, mən bilmək istəyərdim tarixdə ən böyük şəxsiyyət kimdir – Makedoniyalı İsgəndərmi, Əmir Teymurmu, yoxsa Nyutonmu?

Və sonra Nyuton haqqında yazır ki, İsgəndərin, Teymurun bütün işləri, bütün fəaliyyəti insanın məhvinə, böyük qırğınlara yönəldilibsə, deməli, insan düşüncəsini dəyişdirən, onu formalaşdıran bir şəxs onların hamısından daha yüksəkdə dayanır.

Hesab edirəm ki, Fazil Mustafa yaradıcılığı ilə gənclərin yoluna işıq salan ziyalıdır.

5 kitab yazmaq hər insanın və hər beyinin işi deyil. Bu sizin bir hesabatınızdır - ölkəyə, dövlətə, xalqa, millətə, dövlətçiliyə xidmətiniz, sadiqliyinizin hesabatıdır”.

Tarix
2019.04.20 / 13:46
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla