Yuxarı

Azərbaycanlı alimin Polşada barelyefi qoyuldu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görkəmli Azərbaycan alimi, akademik Yusuf Məmmədəliyevin Polşa elminə verdiyi töhfələri nəzərə alaraq, Krakov şəhərində yerləşən Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasının təklifi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, ölkəmizin Polşa Respublikasındakı səfirliyinin dəstəyi ilə görkəmli şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həmin təhsil müəssisəsinin ərazisində 2019-cu il 24 aprel tarixində Y.Məmmədəliyevə həsr olunmuş barelyefin təntənəli açılışı mərasimi keçirilib.

Kult.az xəbər verir ki, mərasimdə Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasının rəhbərliyi, Kimya və Neft fakültələrinin müəllim-professor və tələbə heyəti, habelə Azərbaycan Respublikasının nümayəndələri – ölkəmizin Polşa Respublikasındakı səfiri Həsən Həsənov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Elm və tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov, Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.H. Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun laboratoriyasının rəhbəri, professor, Y.H. Məmmədəliyevin Memorial Muzeyinin direktoru Reyhan Əliyeva və mətbuat nümayəndələri iştirak ediblər.

Tədbirin birinci hissəsində Akademiyanın rəhbərliyi keçirilən bu tədbirin məqsəd və məramı haqqında məlumat verib. Həsən Həsənov çıxış edərək barelyefin bu akademiyanın ərazisində quraşdırılması ideyası və həyata keçirilməsi barədə tədbir iştirakçılarına danışıb. Vüqar Baxışov Nazirliyin rəhbərliyinin salamlarını Akademiyaya çatdıraraq rəsmi təşəkkür məktubu təqdim edib. Reyhan Əliyeva tədbirdə akademik Y. Məmmədəliyevin elmi və ictimai fəaliyyəti haqqında və hüsusən onun neft və kimya sahəsində Polşa alimləri ilə əlaqələrindən danışdı. Bundan sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Y.Məmmədəliyevə həsr olunan film nümayiş olunub.

Tədbirin ikinci hissəsində Akademiyanın Kimya fakültəsinin korpusunda Y. Məmmədəliyevin barelyefin rəsmi açılış mərasimi həyata keçirilib və barelyefin qarşısına Azərbaycan və Polşa nümayəndələri tərəfindən gül dəstələri qoyulub. Eyni zamanda Kimya fakültəsinin tələbələrinin bir qrupu, o cümlədən burada təhsil alan bir Azərbaycan tələbəsi iştirak edib.

Əlavə olaraq qeyd olunmalıdır ki, akademik Yusuf Məmmədəliyevin “Polşa alimlərinin dünyada neft kimyası elminin inkişafına verdiyi töhfə” adlı kitabçalar və onun həyat və yaradıcılığını əks etdirən bukletlər mərasim iştirakçılarına paylanıb, habelə xeyli sayda nüsxə Akademiyanın kitabxanasına bağışlanıb.

Tarix
2019.04.25 / 16:31
Müəllif
Kuıt.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla