Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Avqust 2019


Masallıda yaradıcılıq festivalı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ənənəvi mədəniyyət bayramı - “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı mayın 3-də işini Azərbaycanın səfalı və füsunkar guşələrindən olan Masallı rayonunda davam etdirib.

Kult.az xəbər verir ki, festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, bir neçə ölkənin Azərbaycandakı səfirliyinin təmsilçiləri və rayon sakinləri iştirak ediblər.

Festival ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunan yürüşlə başlayıb. Bayraq Meydanı və Dövlət Rəmzləri Muzeyindən start götürən yürüş ASAN Xidmət Mərkəzinin qarşısında başa çatıb.

Sonra Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının sərgi çadırları ASAN Xidmət Mərkəzinin qarşısında qurulub.

Sərgidə metalişləmə sənətinin fərqli texnika və üsulları ilə hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələr, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq və s. sənət növlərinə aid yaradıcılıq nümunələri sərgilənib. Sərgi çərçivəsində ABAD Mərkəzi də sənətkarlıq nümunələrini nümayiş etdirib.

Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqətini cəlb edib.

2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə əlaqədar festivalda yerli şair və yazıçıların, publisistlərin əsərlərindən ibarət kitab guşəsi də qurulub.

Yaradıcılıq Festivalının bədii hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, o cümlədən Masallının “Halay” folklor kollektivinin bir-birindən maraqlı rəqs nümunələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdə, həmçinin qonaqlara cənub kulinariyasının ləziz təamları təqdim olunub.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı keçirilir. Festivalın mayın sonunda başa çatdırılması planlaşdırılır.

Tarix
2019.05.05 / 11:32
Müəllif
Kult.az
Şərhlər
loading...
Digər xəbərlər

Çörək zavodunun maşını qəzaya düşdü - Foto

Bu, geniş yayılmış bir biabırçılıqdır – Professor

Əməkdar artist intihar etdi

Aeroport yolunda ağır qəza: yaralılar var

Jurnalistin qardaşının evi yenə qarət olundu - Foto

Ata oğlunun təhsil almasını istəmədi, attestatı gizlətdi - Şok

Abşeronda qəza: 4 nəfər yaralandı

11 gün əvvəl toyu olan şəxs çayda boğuldu - Foto

Nazirlik Rüstəm İbrahimbəyovun sədrliyini təsdiqlədi

Hacı Nuran bu xalq artistini əməliyyat etdirəcək

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla