Yuxarı

SSRİ-ni lərzəyə gətirən Məlikov: Qorbaçov mat qalmışdı...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün 86 yaşında vəfat edən böyük bəstəkar Arif Məlikov təkcə yaradıcılığı ilə deyil, şəxsi keyfiyyətləri ilə də hər kəsin sevgi və hörmətini qazanmışdı.

Onun xüsusən 20 Yanvar faciəsi zamanı sərgilədiyi mövqe Azərbaycan incəsənət adamlarına əsl nümunədir. Daim sakit, təmkinli, ağır təbiətli bir insan olan Arif Məlikov həmin dəhşətli hadisədən sonra SSRİ xalq deputatı kimi İttifaqın o vaxtkı rəhbərliyini sərt şəkildə tənqid etmişdi.

Kult.az xatırladır ki, hadisədən sonra SSRİ xalq deputatlarının sessiyasında tribunaya qalxan Arif Məlikov M.Qorbaçovun və onun əlaltılarının etirazlarına məhəl qoymadan 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan deputat qrupunun bəyanatını oxudu. Onun təkidi ilə bütün salon Bakı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdi.

Xalq artisti o günlərlə bağlı xatirəsində bunları deyib:

“Həmin çıxışda M.Qorbaçovun və SSRİ-nin digər rəhbərlərinin əleyhinə tənqidi fikirlər səsləndirdim. Mən əvvəllər də M.Qorbaçovu tənqid etmişdim və onu “qatil” adlandırmışdım. Hələ 1988-ci ildə Siyasi Büroda Azərbaycan və Ermənistan deputat qruplarının birgə görüşü oldu. Mən o vaxt M.Qorbaçova dedim ki, Azərbaycan xalqının başına gətirilən bu bəlaların əsas günahkarı sizsiniz və vaxt gələcək tökülən bu günahsız qanlara görə cavab verəcəksiniz”.

Arif Məlikovun vətəndaşlıq mövqeyi, qətiyyəti hətta SSRİ lideri Mixail Qorbaçovu da mat qoymuşdu:

“M.Qorbaçov bir dəfə bizim deputat qrupunun üzvlərini qəbul edəndə dedi ki, mən hamınızla dil tapıb danışa bilərəm, ancaq bəstəkar Arif Məlikovla dil tapmaq mümkün deyil. Çünki o, çox inadkar adamdır və dediyinin üstündə möhkəm dayanır. Həqiqətən də o dövrdə həm Bakıda, həm də Moskvada - SSRİ Ali Sovetinin sessiyasında siyasi diskussiyalarda fəal iştirak edirdim. Moskva Universitetində çıxışlar edir, moskvalılarla görüşüb respublikamızda törədilən dəhşətləri onlara çatdırmağa çalışırdım. Ali Sovetin tribunasından D.Yazova dedim ki, sən bir neçə ay əvvəl general idin, Azərbaycanda günahsız insanları qətlə yetirəndən sonra marşal rütbəsini aldın. Nə qədər gizlətməyə çalışsan da o paqonlardan həmişə qan damacaq”.

Qeyd edək ki, görkəmli bəstəkar, xalq artisti, Dövlət mükafatı laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, “Şöhrət”, “İstiqlal”, “Heydər Əliyev” ordenli Arif Məlikov ötən gün 86 yaşında vəfat edib.

Tarix
2019.05.10 / 11:34
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla