Yuxarı

Təbrizə görə bizi söyən danabaş

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl min il yaşı olan Təbriz bazarı yandı. Bəzilərinin xəbəri olmadı, bəzilərinin xəbəri oldu, əhəmiyyət vermədi. Amma ondan bir qədər əvvəl 800 illik Paris Notr-Dam kilsəsi yananda çoxu üzünü cırıb, saçını yoldu, ağlaşma qurdu.

O min il yaşı olan Təbriz bazarı, bu da 800 il yaşı olan fransız kilsəsi. Deyirəm də, böyüyə hörmət qalmayıb.

Təbriz bazarının yanması fonunda çox dəhşətli şərhlər oxudum. Düzdür, sayı az olsa da, var idi.

Məsələn, biri yazmışdı ki, “Cındır admin (olduğu kimi saxladığımız üçün oxuculardan üzr istəyirəm), Təbriz nə vaxtdan Azərbaycan şəhəri olub?”

Bu, “Şuşa, Laçın, Zəngilan nə vaxtdan Azərbaycan şəhəri olub?” demək kimi bir şeydir. Bu adamlar erməni xislətlidir. Belələrinin əlində fürsət olsa, gözlərini qırpmadan Təbrizi də İrandakı ermənilərə verərlər.

Yəni Təbrizin Azərbaycan şəhəri olmadığını deyən bir şəxs mahiyyət etibarilə ermənidir.

Əvvəla, Təbriz İranın Şərqi Azərbaycan ostanının mərkəzidir. Bu özü Təbrizin Azərbaycan şəhəri olmasını sübuta yetirir.

İkincisi, Təbriz Bütöv Azərbaycanın paytaxtı olmaqla yanaşı, tarix boyu mövcud olmuş əksər dövlətlərimizin paytaxtı olub.

Görkəmli alimlər, hökmdarlar həmişə öz yazılarında Təbrizi yüksək qiymətləndirib, şəhəri “Şərqin paytaxtı” adlandırıblar.

Təbriz təkcə Azərbaycanın yox, bütün türk dünyasının mənəvi, ruhani və mədəni mərkəzidir.

İslam dünyası üçün Qüds nədirsə, türk dünyası üçün də Təbriz odur.

Əsrlərlə xristian dünyasının əsarətində qalmış İstanbul bu gün heç cür türkləşə bilmir. Təbriz isə öz türk kimliyini fars şovinistlərinin təzyiqlərinə, əməllərinə rəğmən qoruyub saxlayır.

Tarix boyu bir neçə imperiyanın, dövlətin mərkəzi olmasına baxmayaraq, hələ də öz türk kimliyini, Azərbaycan ruhunu qoruya bilən Təbriz şəhərini “fars şəhəri” adlandırmaq təkcə savadsızlıq, “tupoy”luq deyil, həm də mənəviyyatsızlıq, heysiyyətsizlik göstəricisidir.

Təbriz hazırda İranın əsas episentridir, ölkəni silkələyə biləcək yeganə ocaqdır. Burada baş verən proseslər birbaşa ölkənin və ümumilikdə Yaxın Şərqin taleyinə təsir edir.

Təbriz haqqında çox danışmaq, çox yazmaq olar. Təbriz romanlara, dastanlara sığacaq şəhərdir. Ancaq “Təbriz Azərbaycan şəhəri deyil” deyənlərin adı heç it dəftərinə də düşməyəcək.

Tarix
2019.05.15 / 12:33
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla