Yuxarı

Yaddaşındakı Əfqanıstanı özü ilə aparan ikiqat veteran

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün yazıçı-telejurnalist, şair, ssenarist, publisist Zakir Sadatlının doğum günüdür.

Kult.az xatırladır ki, Zakir Əmin oğlu Aslanov 1961-ci ildə qədim Həməşərinin (indiki Cəlilabad şəhəri) Sadat yurdunda (Sadatlı kəndi) anadan olub. 1978-ci ildə qonşuluqda olan Privolni kənd orta məktəbini bitirib. 1979-1981-ci illərdə ordu sıralarında olarkən hərbi xidməti borcunu Əfqanıstanda yerinə yetirib. 1982-1987-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil alıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk illərində (1990-1993-cü illərdə) Qarabağda ön cəbhədə olub. 1993-2010-cu illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-də “Hərbi vətənpərvərlik və salnamə” redaksiyasının redaktoru, böyük redaktoru, sonralar Azərbaycan Radiosunun “Gənclik və idman” redaksiyasında baş redaktor müavini vəzifələrində çalışıb. 2010-2013-cü illərdə Azərbaycan Dövlət Radiosunda işləyib.

20-dən artıq sənədli filmin, hərbi-vətənpərvərlik mövzusunda yüzlərlə filmin və radioverilişlərin ssenari müəllifi olub. Televiziyada bir sıra verilişlərin, o cümlədən “Gündoğandan-günbatana”, "Aydınlıq" lahiyələrinin rəhbəri olub.

Z.Sadatlı 1983-cü ildən ədəbi-bədii yazıları ilə respublika mətbuatında çıxış edib. İlk mətbu şeirləri - “Karvan”, “Kamillik məsafəsi”, “Dəşti” Cəlilabad rayon qəzetində dərc olunub.

2008-ci ildə Z.Sadatlının “Salam, baça” hekayəsi Mahmud Kaşğarinin doğumunun 1000 illiyi çərçivəsində UNESKO-nun 24 türkdilli ölkənin yazarı arasında keçirdiyi ədəbiyyat müsabiqəsində 1574 əsər içində üç qalibdən biri olub. Əsər Azərbaycan üzrə 1-ci, Türk dünyası üzrə 3-cü yeri tutub. Bu əsər alman, ərəb, qazax, rus, tatar, türk dillərinə tərcümə edilərək nəşr edilib, Azərbaycanda isə 2012-ci ildə nəşr olunan “İraq olsun” sənədli povestinin tərkibində nəşr edilərək, oxuculara təqdim olunub.

Z.Sadatlı “Əfqanıstan uçurumu” (xatirə-roman), “İraq olsun” (sənədli povest) və başqa dəyərli əsərləri ilə oxucuların rəğbətini qazanıb. Onun “Əfqanıstan uçurumu” (Birinci hissə) əsəri 2013-cü ilin yanvar ayında nəşr edilib. Bu əsər Azərbaycan ədəbiyyatı sahəsində ən böyük ədəbi-bədii layihə olan “Milli Kitab Mükafatı”nın qalibi olub.

Z.Sadatlı Azərbaycan Xalq Cümhuriyyəti dövrünün görkəmli araşdırmaçı-tədqiqatçılarından olmaqla yanaşı, Cümhuriyyət dövrü fədailərindən bəhs edən onlarla tədqiqat-məqalənin müəllifidir.

O, həm də Azərbaycan Cümhuriyyəti fədailərindən biri olan, ömür boyu mühacirətdə yaşamış Əziz Alpoudun “Həyatımın hekayətləri” adlı tarixi memuarını Türkiyə türkcəsindən Azərbaycan dilinə çevirərək çap etdirib.

2015-ci ildə Z. Sadatlının şeirlərindən ibarət “Mən varam dünyada” adlı kitabı nəşr edilib.

Əfqanıstan və Qarabağ müharibəsi veteranı olan Z.Sadatlı Azərbaycan Yazıçılar Birliyinin və Avropa Yazıçılar Birliyinin üzvü olub. Yazarın adıçəkilən əsərləri və şeirləri respublika mətbuatında, o cümlədən “Azərbaycan”, “Ulduz”, “Füyuzat” jurnallarında, eləcə də Türkiyədə nəşr olunan “Qardaş qələmlər”, “Türk ocağı”, İraqda “Qardaşlıq” dərgilərində, “Hürriyyət” qəzetində işıq üzü görüb.

Əsərləri rus, türk, ərəb, alman və tatar dillərinə tərcümə olunaraq dünyanın bir çox ölkəsində nəşr edilib.

Z.Sadatlı 2013-cü ilin 5 fevralında xərçəng xəstəliyindən vəfat edib. Məzarı Cəlilabad rayonunun Sadat kəndindədir.

Qeyd edək ki, Z.Sadatlı “Yaddaşımın Əfqanıstan yazıları” kimi tanınan və sonradan “Əfqanıstan uçurumu” adı ilə tirajlanan xatir-romanın ikinci hissəsini tamamlaya bilməmişdi.

Tarix
2019.05.15 / 13:54
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla