Yuxarı

Balakişi Qasımova “Tərəqqi” medalı verildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilən mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub.

Bu barədə Kult.az-a nazirlikdən məlumat verilib.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkədə mədəniyyət, incəsənət və elm sahəsinə göstərilən dövlət qayğısından danışaraq vurğulayıb ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində mədəniyyət və incəsənət xadimlərinə böyük diqqət və qayğı göstərib. Ümummilli liderin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Dövlət başçısı hər zaman müxtəlif sahələrdə çalışan insanların əməyini yüksək qiymətləndirərək onları mükafatlandırıb. Ölkə həyatının digər sahələrindən fərqli olaraq, mədəniyyət sahəsində təltif edilənlərin sayı daha çoxdur. Bu da özlüyündə mədəniyyət xadimlərinin uğurlu fəaliyyətindən xəbər verir”.

Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən söz açan nazir Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın bu sahədə müstəsna xidmətlərini xüsusi vurğulayıb.

Əbülfəs Qarayev daha sonra deyib: “Sevindirici haldır ki, bu gün iki ayrı sahənin əməkdaşlarına mükafatlar təqdim edirik. Xalq artisti Hacı İsmayılov Azərbaycanın sevilən aktyorlarından biridir. Onun teatrda, kinoda yaratdığı obrazlar öz unikallığı ilə fərqlənir. Rollarının hər birinin məxsusi xarakteri var. Əməkdar artist Yadigar Muradov uzun illərdir Şuşa Dövlət Musiqili Dram Teatrına rəhbərlik edir və kollektiv maraqlı tamaşalar hazırlayır. Ötən ilin sonlarında teatrın binası yenidən qurularaq kollektivin istifadəsində verildi. İnanırıq ki, çox da uzaq olmayan bir vaxtda bu teatr öz doğma məkanında – Şuşada öz fəaliyyətini davam etdirəcək. “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandasının üzvləri Balakişi Qasımov və Elman Talıbov Azərbaycan gəncliyini beynəlxalq intellektual oyunlarda layiqincə təmsil edirlər”.

Sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Şöhrət” ordeni ilə təltif olunan Xalq artisti Hacı İsmayılov və “Tərəqqi” medalına layiq görülən Əməkdar artist Yadigar Muradov, Balakişi Qasımov, Elman Talıbova mükafatların vəsiqə və nişanları təqdim edildi. Nazir bütün təltif olunanlara cansağlığı, yeni uğurlar arzulayıb.

Sonda mükafata layiq görülənlər çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Tarix
2019.05.16 / 15:18
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla