Yuxarı

Cəlilabadda tülkülər məktəbdə məskən saldı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabadda məktəblərdən birinin zirzəmisində tülkü özünə yuva quraraq balalayıb. Dərs saatlarında yuvasında gizlənən tülkü dərsdən sonra balaları ilə siniflərdə və məktəbin həyətində gəzişir.

“Xəzər Xəbər”in məlumatına görə, sinif otağının döşəməsindən yuxarı qalxan tülkü partaların arasında rahatca gəzir.

Belə ki, tülkü Seyidbazar kənd tam orta məktəbinin 8-ci sinif şagirdlərinin dərs keçdiyi sinif otağının altında yuva qurub. Otağın sınıq döşəməsindən o, rahatca sinfə daxil olur. Ancaq heyvan dərs saatlarında yuvasından çölə çıxmır və buna görə də dərs prosesi pozulmur.

Məktəbin direktor müavini Naib Məmmədov deyib ki, dərs zamanı tülkünü görən olmayıb.

Vəhşi heyvanın balaları dərs prosesinə mane olmasa da, məktəbdə dərs bitəndə həyətə çıxıb oynayırlar. Artıq tülkünün balalarını yemləmək üçün ətraf evlərdəki təsərrüfatlara hücum etdiyi də bildirilir. Məktəbin rəhbərliyi bildirib ki, tülkülər məktəbin zirzəmisindən kənarlaşdırılacaq.

Tarix
2019.05.16 / 21:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla