Yuxarı

Prezidentlə görüşən sabiq nazir: indi hansı vəzifədədir? - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ekspo Mərkəzində keçirilən XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - “VörldFud Azərbaycan” (WorldFood Azerbaijan) və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Kaspian Arqo” (Caspian Agro) sərgiləri ilə tanışlıq tədbirində Prezident İlham Əliyevlə sabiq Əmək və əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun görüşü maraq doğurub.

Kult.az xəbər verir ki, sərgidə stendlərdən birini Prezidentə məhz keçmiş nazir təqdim edib. O, məşhur “Massey Ferquson” şirkətinə məxsus texnika ilə bağlı Prezidentə məlumat verib.

Bildirilir ki, eks-nazir hazırda kənd təsərrüfatı maşınlarının istehsalçısı “Massey Ferquson” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsini yerinə yetirir.

Qeyd edək ki, o, “İmproteks” Şirkətlər Qrupunun rəhbəridir. Şirkətlər Qrupuna “İmproteks Motors”, “İmproteks İndustries”, “İmproteks Travel”, “İmproteks Treydinq” şirkətləri daxildir. F.Ələkbərov nazir təyin olunduqdan sonra şirkətlər qrupunun rəhbəri vəzifəsini həyat yoldaşı İradə Ələkbərova yerinə yetirib. Vəzifədən getdikdən sonra isə yenidən işinin başına keçib və biznes fəaliyyətini davam etdirib.

“İmproteks”ə daxil olan şirkətlər Azərbaycana müxtəlif model avtomobillərin, məişət texnikasının, müasir qadın geyimlərinin, nüfuzlu İtaliya brendlərinin gətirilməsini, satışını həyata keçirir.

Onu da əlavə edək, Füzuli Ələkbərov həmçinin 1996-cı ildən Azərbaycan Cüdo Federasiyasının prezidenti kimi çalışıb.

Xatırladaq ki, nazir postundan getdikdən sonra Füzuli Ələkbərovun ölkəni birdəfəlik tərk edəcəyi ilə bağlı məlumat yayılmışdı. Lakin sabiq nazirin ölkədə olduğu və öz biznes fəaliyyətini daha da genişləndirdiyi görünür.

Tarix
2019.05.17 / 13:11
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla