Yuxarı

Tələbələr “Leyli və Məcnun”u səhnələşdirdi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetində (ADU) dahi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında yazılmış unudulmaz bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operası səhnələşdirilib.

Kult.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla çıxışında tamaşanın təqdimatının yüksək səviyyədə olduğunu deyib.

“Tamaşanı universitetin tələbələrinin ifa etdiyini elan etməsəydilər, aktyorların Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri olduğunu düşünəcəkdim. Son dərəcə nəfis, həssas, səmimi tamaşa alınıb”, - rektor bildirib.

Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin tələbəsi, xəlifə rektor Salman Quliyevdir.

Tamaşada baş rolları Təhsil fakültəsinin tələbələri Aysel Hacıyeva (Leyli) və Murad Əliyev (Məcnun) ifa ediblər. İbn Səlam obrazını Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin tələbəsi Salman Quliyev, Leylinin anasını Təhsil fakültəsinin tələbəsi Ramilə Musazadə canlandırıb.

Tarix
2019.05.17 / 13:29
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla