Yuxarı

Bakıda ticarət mərkəzindəki yanğın söndürüldü - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:58

Bakının Xəzər rayonunda yanğın baş verib.

Axar.az ONA-ya istinadən xəbər verir ki, hadisə Zaqulba qəsəbəsində yerləşən "Zagulba Mall" ticarət mərkəzində qeydə alınıb.

Bildirilir ki, yanğın ticarət mərkəzinin zirzəmisindəki tikiş sexindən başlayıb. Hazırda da yanğın davam edir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub, yanğının genişlənməsinin qarşısının alınması istiqamətində işlər görülür.

Ehtimal olunur ki, yanğın qısaqapanmadan qaynaqlanıb.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Xəzər rayonunda fəaliyyət göstərən üçmərtəbəli ticarət mərkəzində baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə üçmərtəbəli ticarət mərkəzinin zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda binada tüstülənmə müşahidə edilir (açıq alov yoxdur). Binada olan insanlar təxliyə edilib.

Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.

***

Bakının Xəzər rayonundakı "Zagulba Mall" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar hadisə yerinə 7 təcili tibbi yardım briqadası cəlb edilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 4 nəfər hospitalizasiya edilib.

3 nəfər - iki qadın və bir kişi Toksikologiya şöbəsinə, digər bir qadın isə qıcolma əlaməti ilə 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Bir neçə nəfərə isə yerində tibbi yardım göstərilib.

***

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzində baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, ilkin versiyaya əsasən, ticarət mərkəzinin zirzəmi qatında 100 m² sahədə parça materialları yanıb.

Tarix
2019.05.18 / 23:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla