Yuxarı

Astarada ağır qəza: ölən var - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:58

Astara rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, yük maşını ilə minik avtomobili toqquşub.

Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralı "təcili yardım" avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölən şəxs isə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib.

Ölən və yaralanan şəxsin kimlikləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

Astara rayonunn Şüvi kəndi ərazisində baş verən yol nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxsin adları məlum olub.

Report-un verdiyi məlumata görə, rayonun Şüvi kənd sakini, 2001-ci il təvəllüdlü Şəhriyar Şair oğlu Əsgərovun idarə etdiyi "VAZ-21011" markalı 99-RU-131 dövlət-qeydiyyat nişanlı avtomobil, rayonun Siyətük kənd sakini, Məmməd Şükür oğlu Şahmurad oğlunun idarə etdiyi "Mercedes" markalı 99-HD-377 dövlət-qeydiyyat nişanlı avtomobillə toqquşub.

Nəticədə "VAZ"-ın sürücüsü Ş.Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişin, rayonun Şüvi kənd sakini, 2001-ci il təvəllüdlü Kamil Qadir oğlu Baxşiyev isə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2019.05.19 / 23:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla