Ana səhifə Hadisə |
Hindistanın Cəvahirləl Nehru Universitetində Azərbaycan dilinin tədrisi təşkil olunacaq.
Kult.az xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şri B.Vanlalvavna ADU-da rektor, akademik Kamal Abdulla ilə görüşü zamanı deyib.
ADU-da 20-yə yaxın ölkənin dilinin tədris olunduğunu deyən K.Abdulla dillərin konkret tədris proqramı əsasında öyrədildiyini bildirib. Rektor Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirlərinin öz ölkələrinin dillərinin ADU-da tədris olunması ilə bağlı istəklərindən də söz açıb.
Tələbələrin böyük həvəslə Hindi dili və mədəniyyətini öyrəndiklərini deyən Kamal Abdulla universitetdə bu günə kimi ümumilikdə 70-yə yaxın hindşünas tələbənin təhsil aldığını bildirib.
Səfir Şri B.Vanlalvavna isə Hindi dili və mədəniyyəti mərkəzinin fəaliyyətinin Hindistanın təbliği istiqamətində mühüm addım olduğunu deyib və yaradılan şəraitə görə rektora təşəkkür edib.
Tarix
2019.05.20 / 14:22
|
Müəllif
Nərmin Əkbərli
|