Yuxarı

ABŞ “Gözəl Azərbaycan” deyən şirkəti vurdu - Səbəb

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Trampın Çinin nəhəng texnologiya şirkəti “Huavey”i qara siyahıya salması dünyada böyük rezonans doğurub. ABŞ şirkətlərinin “Huavey”lə əməkdaşlığının qadağan edilməsindən sonra Quql bu markalı telefonların “Android” sistemi ilə təminatını dayandırıb. Bu telefonlardan istifadə edən milyonlarla insan qərardan sonra çətin vəziyyətə düşüb.

“Huavey” şirkəti və onun niyə ABŞ sanksiyasına məruz qalması hazırda dünyanı maraqlandıran məsələlərdən biridir.

Kult.az dünyanın diqqət mərkəzinə düşən “Huavey” şirkəti ilə bağlı əsas məlumatları təqdim edir:

1. “Huavey” 1987-ci ildə keçmiş zabit Jen Çjenfey tərəfindən yaradılıb. Şirkət qurulduğu gündən etibarən telekommunikasiya cihazları istehsal edərək, Çin və başqa ölkələrin bazarlarına satıb.

2. Şirkət 2012-ci ildə “Erikson” şirkətini keçərək, dünyanın ən böyük telekommunikasiya istehsalçısı olub.

3. Son rəqəmlərə görə, şirkətin 180 mindən çox işçisi var. Onların təxminən 75 mini araşdırma departamentində çalışır. Ekspertlər bildirirlər ki, şirkətin son illər belə sürətlə böyüməsinə səbəb məhz bu amildir.

4. 2018-ci ilin statistikasına əsasən, “Huavey” dünyada ən çox telefon satan ikinci şirkətdir. Kompaniya bu sahədə “Əpl”i üstələyib və yalnız “Samsunq”dan geri qalır. Həmin il “Huavey”in dünya üzrə 200 milyon telefonu satılıb.

5. Bu kompaniya ən böyük rəqibi “Samsunq”dan fərqli olaraq, müxtəlif elektronika mallarının, məişət avadanlıqlarının deyil, daha yaxşı telefonların istehsalına önəm verir.

6. Şirkət mobil telefonlarla yanaşı, kompüterlər, tabletlər və modemlər də istehsal edir.

7. “Huavey” adının mənası “Çinin uğuru”dur. Çincə yazılışında ilk hərf həm də “çiçək” mənasını verir. Şirkətin loqosundakı çiçək işarəsi də buradan götürülüb.

8. Şirkət 2018-ci ilin sonunda yaydığı açıqlamada həmin il ərzində gəlirinin 109 milyard dollar olduğunu bildirib.

9. Şirkətin sahibi Jen Çjenfeyin hazırda 74 yaşı var və Çinin ən zəngin insanlarından biri hesab edilir.

10. Azərbaycanda da nümayəndəliyi fəaliyyət göstərən “Huavey” şirkəti 2016-cı ildə “Gözəl Azərbaycan” layihəsi başlatmışdı. Layihə Azərbaycan təbiəti, tarixi və mədəniyyətini əhatə edirdi.

Qeyd edək ki, ABŞ “Huavey”i telefonlardakı proqram təminatlarında yerləşdirdiyi xüsusi kodlar vasitəsilə məlumatları oğurlamaqda və Çin hökumətinə ötürməkdə günahlandırsa da, mütəxəssislər bunun bəhanə olduğunu, sanksiyanın “Huavey” şirkətinin sürətlə inkişaf etməyinin qarşısının alınması üçün atılmış bir addım olduğunu deyirlər.

Tarix
2019.05.22 / 12:00
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla