Yuxarı

Bu Alban kilsəsi daha qədim məbəd üzərində inşa edilib – Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonu Tülü kəndi ərazisindəki ilk orta əsrlərə aid Qafqaz Albaniyasına məxsus xristian abidəsində üçüncü tikinti qatı aşkarlanıb.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan Kult.az-a verilən məlumata görə, institutunun Qafqaz Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Natiq Alışovun bu ilin aprel-may aylarında apardığı tədqiqat işləri zamanı Tülü kilsəsinin uzunluğu 15, eni 10,50 m olan daha qədim dini ictimai tikili üzərində inşa edildiyi müəyyən edilib:

“Aşkar olunan bu tikili qatının kompleks olaraq tədqiqi üçün kilsənin qərb girişinin daxili araşdırılıb və dini ictimai binanın şimal divarının torpaq altında qalan hissəsi təmizlənib. Daha qədim dövrə aid dini ictimai binanın şərq divarının mövcudluğunun müəyyən edilməsi istiqamətində kilsənin altar hissəsinin cənub divarının bayır üzünə yoxlama qazıntısı qoyulub. Bu qazıntı nəticəsində şərq divarının kilsənin altarının alt hissəsində yerləşdiyi müəyyənləşib. Burada aparılan qazıntı işləri nəticəsində xristian dəfn adətinə uyğun 24 qəbir izləmək mümkün olub. Əksəriyyəti uşağa, yeniyetməyə və yetkin insana məxsus olan bu qəbirlərin bəzilərində təkrar dəfn həyata keçirilib.

Həmçinin aparılan arxeoloji tədqiqatlar nəticəsində abidə ərazisində ilk dəmir dövründən orta əsrlər kimi müxtəlif dövrlərə aid keramika nümunələrinə, kirəmit fraqmentlərinə, dəndaşı, şüşə qolbaq hissələrinə, pasta muncuq, tuncdan asma bəzək, ritual əşyalara və xristianlığın əsas simvolu sayılan xaç nümunəsi aşkar olunub. Binanın kompleks araşdırılması üçün gələcəkdə də arxeoloji tədqiqatın davam etdirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, Zaqatala-Yevlax-Tbilisi magistralı üzərində yerləşən bu abidə güclü turizm potensialına malikdir.

Tarix
2019.05.24 / 11:16
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla