Yuxarı

Xədicə haqlıdır: Ramil Səfərov biabırçı səhv etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Xədicə İsmayıl Paşinyanın Azərbaycan qadınlarının amansızlıqla qətlə yetirildiyi, zorlandığı torpaqda – Qarabağda, Şuşada yallı getdiyi ərəfədə elə paşinyanvari sözlər sərf edib. Yazıb ki, Ramil Səfərov biabırçı cinayət törədib...

Çox qəribədir: ermənilər günahsız insanları, uşaqları yandıran, doğrayan terrorçu Monte Melkonyana abidə qoyur, ehtiramla yad edir. Bizim bəzi maymaq “humanistlər” isə xalqımızı təhqir etmiş qaniçən erməni zabitini öldürən qəhrəman oğula - Ramil Səfərova qara yaxmağa çalışır. Bu maymaq “humanistlər” erməni zabitinə analıq, bacılıq, arvadlıq və... etmək istəyir. Belələri elə erməni zabitinin arvadı olmağa layiqdir.

Gəlin, soyuq başla, bir vətəndaş kimi baxıb görək, Ramil Səfərovun həyata keçirdiyi akt nələrə səbəb oldu?

1. Müharibədən məğlub çıxarılmış (Çıxmış yox, məhz çıxarılmış – böyük dövlətlərin sayəsində) Azərbaycan xalqında intiqam hissini alovlandırdı.

2. Azərbaycan zabitinin, əsgərinin özünəinam hissini gücləndirdi.

3. Erməni əsgər və zabitlərini vahiməyə saldı, onların özləri haqda yaratdığı mifi sındırdı, psixoloji zərbə vurdu.

Başqa nəticələr də var, amma bu 3-ü daha əsasdır. Müharibədə təkcə silah və hazırlıq yox, həm də ruh yüksəkliyi və düşmənə psixoloji zərbə vurmaq da böyük önəm daşıyır. Ramil Səfərov bu zərbənin ilkini endirdi, noqdaun zərbəsini Mübariz İbrahimov vurdu ki, bu, başqa bir yazının mövzusudur.

Sərkisyan demişdi ki, biz Xocalıda elə bir şey etdik ki, Azərbaycan xalqının gözü qorxdu.

Ramil Səfərov da elə bir şey etdi ki, artıq erməni zabiti dünyanın harasında olursa-olsun, Azərbaycan əsgəri, zabiti ilə üz-üzə qalmağın onun üçün necə baha başa gələcəyini dərk etdi. Artıq onun gözü qorxur!

Ramil Səfərov düşmənə göstərdi ki, Azərbaycan xalqı, kişisi ona edilən vəhşiliyi unutmayıb və hər vasitə ilə və dünyanın harasında olmasından asılı olmayaraq, intiqam almağa çalışır, çalışacaq.

Əslində, Xədicə İsmayıl kimi, mən də Ramil Səfərova əsəbiləşirəm ki, o, “biabırçı” səhv etdi. Ancaq erməni tərəfdən yox, öz tərəfimizdən, həqiqət tərəfdən, allahtərəfi baxıb əsəbiləşirəm. Ki, qardaş, sən niyə belə etdin? Sən niyə ordakı ikinci erməni zabitini də öldürmədin?! Niyə təkcə Qurqeni doğradın?

Ramil Səfərov xüsusi hazırlıqlı erməni zabiti Qurqen Markaryanı öldürmək üçün çox ağıllı plan qurmuşdu. O, NATO təlimi kimi böyük bir mərasimdə bayrağımızı təhqir edən bu vəhşini cəzalandıra bilməzdi. Ona imkan verməzdilər. Məcbur idi belə bir plan qurub, onu gecə ikən öldürsün. Amma dediyim kimi, Ramil yanlış edib. O, gərək digər erməni zabitini də öldürəydi.

Çünki bir bəsit həqiqəti anlamaq lazımdır: erməni zabiti Azərbaycan insanını öldürmək üçün, Xocalı qətliamını törətmək üçün, hamilə qadınların bətnindəki körpəni süngüləmək üçün, azyaşlı uşaqları zorlamaq üçün... yetişdirilir! Bir erməni zabitinin gəbərməsi ən azı bir günahsız Zəhranın xilası deməkdir.

Ramil Səfərov ən azı bir Zəhranı xilas etdi!

Ramil Səfərov düşmənə başa saldı ki, Azərbaycan əsgəri, kişisi cəsarətli və qürurludur. Başa saldı ki, heç bir Azərbaycan kişisi ermənidən qorxmur və hər vasitə ilə onu parça-parça etməyə hazırdır.

Yuxarıda qeyd etdik: Ramil düşmənə ilk zərbəni endirdi, Mübariz və Aprel döyüşləri düşməni naqdauna saldı... Erməniləri naqdaundan çıxarmağa çalışan və məhz Ramil Səfərovların sayəsində erməni təcavüzünə uğramayan xədicələrin istəyindən asılı olmayaraq, son və öldürücü zərbəni tezliklə Ordumuz vuracaq.

Tarix
2019.05.24 / 22:30
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla