Yuxarı

Güclü külək şimal bölgəsini vurdu - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba və Qusar rayonlarında güclü külək fəsadlar yaradıb.

Report-un məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq Şimal bölgəsində güclü külək əsməyə başlayıb.

Quba və Qusar rayonlarında bir neçə saat davam edən gülək dağıntılar törədib. Qubada avtomobilin üzərinə irigövdəli ağac aşıb.

Quba-Xaçmaz yolunda ağacların budaqları yolun bəzi hissələrinə tökülüb. Dövlət Yol Polisi və müvafiq idarələr yolun təmizlənməsi işləri ilə məşğuldur. Quba şəhər 1 saylı orta məktəbin divarının üstünə irigövdəli ağac aşıb.

Qusar rayonunda isə məktəbin damını külək yerə atıb. Rayonun Zərdabi qəsəbəsində ağac evin üstünə aşaraq xeyli ziyan vurub. Hər iki rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib. Rayonlara verilən elektrik enerjisində fasilələr yaranıb.

Yaranmış vəziyyətlə bağlı Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşları damı uçan məktəbin yerləşdiyi əraziyə gedib.

Dəymiş ziyanla bağlı Quba və Qusar rayon icra hakimiyyətinin Fövqaladə hallar komissiyası tərəfindən araşdırma aparılır.

Qusarda külək, qaz xətləri, işıq dirəkləri və çoxlu sayda ağaclar yola aşıb. Qusar yolu bağlanıb. Qusarın mərkızi küçələrində olan iri gövdəli ağaclar yıxılıb.

Eyni zamanda Qusar Xudat yolu bağlanıb, hazırda hadisə yerində texnika işləyir.

Tarix
2019.05.25 / 21:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla