Yuxarı

Düşmən tarixi abidələrimizi məhv edir, Bakı isə... - Çağırış

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi erməni işğalı altında olan ərazilərimizdə məhv edilən tarixi, mədəni, dini irsimizlə bağlı beynəlxalq auditoriyaya daha bir çağrış ünvanlayıb.

Birlikdən Kult.az-a verilən məlumata görə, sosial medianın tələbləri nəzərə alınmaqla ingilis dilində hazırlanan videomüraciət bu dəfə də Azərbaycan hökumətinin qərarı ilə “Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı” siyahısına daxil edilən Bakıdakı erməni kilsəsindən bəhs edir.

Videomüraciətdə Azərbaycan xalqının multikulturalizim ənənələrinə sadiq qaldığı vurğulanaraq bildirilir ki, Bakının məkəzində erməni kilsəsi və bu kilsəyə aid olan ədəbiyyatlar qorunub saxlanıldığı halda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və işğal altında olan ətraf rayonlarda tarixi, mədəni, dini abidələr məhv edilir, qədim məscidlərin üzərlərindəki daş kitabələr dəyişdirilərək onların tarixi saxtalaşdırılır.

Ermənilər hətta XIX əsrdə Şuşada rus hərbçiləri üçün tikilmiş pravoslav kilsəsinin arxitekturasını dəyişərək özününküləşdiriblər. Beynəlxalq təşkilatların və onların rəhbərlərinin ünvanlarına göndərilən müraciətdə əsas məqsəd diqqəti ermənilərin vandal hərəkətlərinə yönəltmək, işğal altında olan ərazilərimizdə tarixi, mədəni abidələrmizin dağıdılmasına son qoymağa nail olmaqdır.

Tarix
2019.06.10 / 09:19
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla