Yuxarı

Rüstəmxanlıdan təklif: İbtidai siniflərin hamısı...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda uşaqlara ərəb adlarının qoyulmasının, azərbaycandilli uşaqların kütləvi şəkildə rusdilli məktəblərə qoyulmasının əsas səbəblərindən biri Dövlət Dili haqqında qanunun tam şəkildə işləməməsidir.

Bu sözləri xalq şairi Sabir Rüstəmxanlı ölkəmizdə, xüsusən paytaxtda xarici dillərin ana dilini sıxışdırması ilə bağlı Kult.az-a danışarkən deyib. O bildirib ki, Azərbaycanda təhsil dövlət dilində olmalıdır:

“Azərbaycanda birinci sinifdən başlayaraq, rus dilində təhsil verən onlarla məktəb var. Aidiyyəti qurumlar dövlət dilimizin qorunması məsələsində həssaslıq nümayiş etdirməlidir. İnsanlarımız da dilə olduqca laqeyddirlər. Bununla yanaşı, bəzi təxribatçılar yad ölkələrin dilinin ana dili səviyyəsində istifadə edilməsinə qəsdən zəmin yaradır. Elələri var ki, onlar Azərbaycan türkcəsindən başqa istənilən dildə oxumağa, danışmağa, yazmağa hazırdır. Belə deyək, onlar Azərbaycan dilinə düşmən kəsilib”.

S.Rüstəmxanlı bu problemin qarşısını almaq üçün bütün orta məktəblərdə uşaqların ən azı ibtidai təhsilinin hökmən Azərbaycan dilində almasının vacib olduğunu bildirib. O, yalnız ibtidai sinifdən sonra şagirdlərə digər dillərdə də təhsil alması üçün şərait yaradılması gərəkdiyini bildirib.

Tarix
2019.06.10 / 12:46
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla