Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
27 İyun 2019


Akademikin AXC-yə həsr olunan kitabı polyak dilində

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın Varşava Universitetində AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun polyak dilinə tərcümə edilmiş “1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı” və “Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920): Azərbaycan xalqının tarixinin parlaq səhifəsi” kitablarının təqdimatı keçirilib.

Tarix İnstitutundan Kult.az-a verilən məlumata görə, nəşrlərin təşəbbüskarı Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov, elmi redaktorları isə tarixçi alimlər Natiq Məmmədzadə və İlqar Niftəliyevdir. “1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı” kitabının polyakca nəşrinin redaktoru Varşava Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin əməkdaşı Şəhla Kazımovadır.

Təqdimat zamanı səfir Həsən Həsənov nəşrlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Səfir polyak gənclərinə müraciət edərək bildirib ki, bu kitablar Azərbaycan həqiqətlərini öyrənmək baxımından mühüm əhəmiyyətə malikdir. O, çıxışında Xalq Cümhuriyyəti dövründə Azərbaycan-Polşa əlaqələrindən ətraflı danışıb.

Kitablar Xarici İşlər Nazirliyinin (XİN) nəzdindəki Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə çap olunub.

Yaqub Mahmudov kitabların nəşrinə görə Azərbaycanın Polşadakı səfirliyinə və AİDA-ya təşəkkür edib. O, Azərbaycanın Polşadakı səfirliyinin fəaliyyətindən danışaraq bildirib ki, Varşavanın mərkəzi parklarından birində Azərbaycan ordusunun polyak generalı Məmməd bəy Sulkeviç və Polşa ordusunun azərbaycanlı polkovniki Vəli bəy Yadigarın xatirəsinə abidə ucaldılıb: “Polşada Uzun Həsən və IV Kazimirə, İqnaçı Paderevski və Əlimərdan bəy Topçubaşova, Adam Mitskeviç və Mirzə Cəfər Topçubaşova həsr edilmiş xatirə lövhələri quraşdırılıb. Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyət göstərir”.

Akademik bildirib ki, böyük imperiyalar XX əsrdə Azərbaycan və Polşa xalqlarını məhv etmək siyasəti yeridiblər.

Yeni nəşrlər polyak gəncləri arasında böyük marağa səbəb olub.

Tarix
2019.06.13 / 13:58
Müəllif
Kult.az
Şərhlər
loading...
Digər xəbərlər

Nazir Günel Aslanovaya yüksək vəzifə verdi

“Piramida plaza”da yanğın - Foto

Bakı Media Mərkəzi ordumuzun möhtəşəm fotolarını yaydı

Astarada ağır qəza: Maşın körpüdən aşdı

Sürücülərin nəzərinə: Bu prospektdə sıxlıq var

Bakıda 5 nəfər dönərdən zəhərləndi

Bakıda 6 avtomobil toqquşdu, tıxac yarandı

Mehriban Əliyeva ustadın hüzr mərasimində - Foto

İlham Əliyev ordu günü ilə bağlı videoçarx paylaşdı

Məşhur rus aktrisası vəfat etdi

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla