Yuxarı

Gəncədə silsilə oğurluq edənlər saxlanıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə silsilə oğurluq edənlər saxlanıldı

Gəncə şəhərində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, iyunun 6-da Gəncə şəhəridə evlərin birindən 2000 ABŞ dolları, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Tağıyev, X.Qarayev və M.Həsənov Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə mayın 21-də Gəncə şəhəri ərazisində subartezian quyusunu elektrik enerjisi ilə təmin edən naqilin 15 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakini E.Əsgərov saxlanılıb.

Aparılmış əməliyyat tədbirləri zamanı onun bu ilin fevral-may ayları ərzində Gəncə şəhərində beş evdən pul, məişət əşyaları və inşaat materialları, habelə daha bir quyunu elektrik enerjisi ilə təmin edən naqilin 30 metrlik hissəsini oğurlaması da müəyyənləşib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Tarix
2019.06.15 / 21:35
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla