Yuxarı

Ölkəni silkələyən Ağstafa qətli: 12 ildən sonra qisas...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda 8 nəfəri güllələyən Elnur Süleymanov bu hadisəni qisas almaq məqsədilə törədib.

Axar.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, qisasın tarixi 12 il əvvələ gedib çıxır. 12 il əvvəl - 2007-ci ilin məhz iyun ayında Ağstafa rayonunun ərazisində “Ceyrançöl” adlanan ərazidə fermer təsərrüfatı ilə məşğul olan rayonun Sadıqlı kənd sakinləri Şəmiddin Musayev, onun qardaşları Rüfət və Novruzla qonşuları, yəni Elnurun atası Ramiz Süleymanov, onun qardaşı Rasim, əmisi oğlu Taleh, qohumları Eldar Mikayılov və qardaşı Kamilin arasında münaqişə baş verib.

Bu zaman Rüfət ov tüfəngindən atəş açaraq Rasimi öldürüb, Talehə və Ramizə isə bıçaqla xəsarət yetirib. Xəsarətlə xəstəxanaya yerləşdirilən Ramiz də orada vəfat edib. Taleh isə ağır vəziyyətdə olub.

Hadisədən dərhal sonra Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Şəmiddin, Novruz və Rüfət Musayev qardaşları tutulub, onlardan bir ov tüfəngi və 1 ədəd bıçaq götürülüb.

Olay baş verən vaxt cəmi 12-13 yaşı olan Elnur atasının və əmisinin qatillərinin həbsxanadan çıxmasını gözləyib və bu gün səhər saatlarında intiqam almaq məqsədi ilə dəhşətli cinayət törədib.

Bildirilir ki, Şəmiddin və Novruz Musayev qardaşları bir neçə gün əvvəl həbsxanadan çıxıblar və bazarda, analarının yanında alver edirlərmiş.

Qeyd edək ki, bu gün səhər saatlarında Ağstafanın Sadıqlı kənd sakini, 1994-cü il təvəllüdlü Süleymanov Elnur Ramiz oğlu avtomat silahla atəş açaraq, kənd sakinləri - 1961-ci il təvəllüdlü Musayeva Şərqiyyə və onun iki oğlu, 1978-ci il təvəllüdlü Fərrux və 1984-cü il təvəllüdlü Novruzu öldürüb. 1960-cı il təvəllüdlü Cəlilova Zeynəb isə təsadüfən açılan atəşin qurbanı olub.

Hadisə zamanı Sadıqlı kənd sakini 1964-cü il təvəllüdlü Əhmədova Lilpar, 1999-cu il təvəllüdlü İbrahim Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət İsayev və 1961-ci il təvəllüdlü Rəsul Həsənov yaralanıb. Yaralılar Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Tarix
2019.06.17 / 14:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla