Yuxarı

FHN "Meqafan"dakı olayla bağlı məlumat yaydı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019.06.22. 22:05

"Meqafan" Əyləncə Mərkəzində insan tələfatı və yanğınla nəticələnən partlayışın baş verməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bunu Report-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib.

E.Hacıyev bildirib ki, həmin əyləncə mərkəzində ailə tədbirlərinin birində asılmış helium şarları animatorların ehtiyatsızlığından partlayıb. Nəticədə 2 azyaşlı və 4 böyük olmaqla, 6 nəfər yüngül bədən xəsarətləri alıb. Onlara tibbi yardım göstərilib və həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı animatorlar Xətai Rayon Polis İdarəsində dindirilərək izahatları alınıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

***

"Megafun" Əyləncə Mərkəzində helium şarlarının partlaması nəticəsində 3 nəfər yanıq xəsarəti alıb.

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun verdiyi məlumata görə, 53 yaşlı qadın və 54 yaşlı kişi (ər-arvad) hər iki ətrafın yanığı, 21 yaşlı oğlan isə sağ əlin yanığı diaqnozu ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Məlumata görə, daha 7 nəfərə hadisə yerində tibbi yardım göstərilib.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – “qaynar” telefon xəttinə daxil olan məlumata əsasən, Bakının Xətai rayonundakı “Megafun” əyləncə mərkəzinin ikinci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma baş verib.

FHN xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində yanğın hadisəsi baş verməyib.

Tarix
2019.06.23 / 00:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla