Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Sentyabr 2019


Daha bir ali məktəb bu metoddan istifadə etdi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri yaz semestri imtahan sessiyasının gedişatını izləyiblər.

Kult.az xəbər verir ki, rəhbərlik imtahan keçirilən auditoriyalarda olub, ayrı-ayrı fənlər üzrə yay imtahan sessiyasını müşahidə ediblər. Şura üzvləri və KİV təmsilçiləri, həmçinin tələbələrin sessiyaya hazırlığı, sualların tərtibatı, imtahan prosesi barədə müəyyən söhbətlər aparıblar.

Aİİ rektoru Ceyhun Məmmədov imtahan prosesi barədə Şura üzvlərinə və KİV təmsilçilərinə ətraflı məlumat verib, media nümayəndələrini maraqlandıran sualları cavablandırıb. Bildirib ki, 2018-2019-cu tədris ilinin yaz semestri imtahanlarının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə yarana biləcək mənfi halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun təşkili üçün Operativ Qərargah yaradılıb.

Bununla yanaşı, imtahan otaqlarının qarşısında müraciət və təklif qutuları asılıb.

Qeyd edək ki, sözügedən praktikadan ölkəmizdə əsasən Azərbaycan Dillər Universiteti istifadə edir.

Tarix
2019.06.24 / 16:28
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Özbəkistanda toylar nəzarətə götürülür: qadağalar - Video

Qayınanasını öldürən gəlinin dəhşətli etirafı - Video

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

"Bakı Bus" avtobusu qəzaya uğradı - Video

Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi

AXCP-nin yeni superQəhrəmanı kimdir?

Buzovnada zəncirvari qəza: 4 nəfər yaralandı

Xırdalanda qorxunc hadisə: 4 maşın yandı

Sürücü Binəqədi sakinlərini qazsız qoydu - Qəza

Bakıda qatı bolşevikin daha bir büstü söküldü – Foto

KULT
<>
Xəbər xətti
 
e-vetendash
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla