Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 İyul 2019


Şirməmməd Hüseynov dəfn olundu - Fotolar

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:14

Hazırda Bakı Dövlət Universitetində Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovla vida mərasimi keçirilir.

Kult.az xəbər verir ki, mərasimdə BDU-nun müəllim və tələbə heyəti, Ş.Hüseynovun ailə üzvləri və dostları iştirak edir.

Qeyd edək ki, vida mərasimi saat 13:00-dək davam edəcək. Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılacaq.

Xatırladaq ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında vəfat edib.

***

Azərbaycan xalqına, jurnalistikasına ağır itki üz verib. İctimai fikrimizin sonuncu mogikanlarından biri, mənim universitet müəllimim Şirməmməd Hüseynov 95 yaşında dünyasını dəyişib.

Bunu tanınmış yazıçı Sabir Rüstəmxanlı görkəmli alim Şirməmməd Hüseynovla vida mərasimində qeyd edib.

Rüstəmxanlı bildirib ki, Şirməmməd Hüseynov həyat dolu insan idi:

“Adam onun ölümlə üz-üzə gələcəyini təsəvvür edə bilmirdi. O, bütün ömrünü Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına sərf edib. Azərbaycana öz ömrünü fəda etmiş insanların bioqrafiyasının toplanmasında böyük əmək sərf efib. O, qeyri-adi yaddaş sahibi idi. Məhəmmədəmin Rəsulzadə, repressiya, AXC ilə bağlı çoxlarının unutduğu faktları ortaya qoymağı bacarırdı. Mən tələbə olanda Şirməmməd müəllim dekan müavini idi. Bir gün bir dostuma görə Şirməmməd müəllimdən qiymət istədim. Dedi ki, qiymət verməyəcəm, çünki savadsızdır. Və həmin tələbəni yadında saxladı. Dedi ki, bir gün o savadsız, həm də biqeyrət olacaq. Bu söz mənim yaddaşımda kök saldı.

Şirməmməd Hüseynov bir alim kimi çox fəal idi. M.Rəsulzadənin irsini araşdıran və toplayan insan kimi çox dəyərli idi. O, tələbələrinin, iş yoldaşlarının və onu sevənlərin yaddaşında əbədi qalacaq.

BDU-nun müəllimi Nəsir Əhmədli deyib ki, 1966-cı ildən bu günə qədər Şirməmməd müəllimlə birlikdə çalışıb:

“Həmişə onun qayğısını hiss etmişəm. 1956-cı ildə Səməd Vurğun rəhmətə gedəndə oğlu Vaqifə zəng ediblər ki, atan rəhmətə gedib. Telefonun dəstəyi onun əlindən yerə düşür. Sonra o bir şeir yazır: "Dünyanın ən ağır qanteli telefon dəstəyidir...” Dünən mən də eyni hisləri keçirdim. Xəbəri eşidəndə telefon əlimdən düşdü. Özümü pis hiss etdim. Çünki Şirməmməd müəllim mənim həyatımda çox böyük rola malik insandır. Universitetə qəbul imtahanından tutmuş bu günə qədər mənim hamim olub. Elm sahəsində, həyatda ağsaqqalım olub. Allah rəhmət eləsin. Ailəsinə, doğmalarına səbir versin".

***

Millət vəkili Fazil Mustafa bildirib ki, Şirməmməd Hüseynov öz vətəndaşlıq borcunu ölüm gününə qədər yerinə yetirməyi özü üçün öhdəlik hesab edən şəxsiyyətdir:

“Bu cür şəxsiyyətlər Azərbaycan tarixində nadir hallarda olur. Onun qoyduğu irs, yaşam tərzi, pedaqoji üslubu, vicdan və obyektivlik meyarları Azərbaycan cəmiyyətində etalona çevriləcək. Mən onu çox az sayda ziyalı ilə müqayisə edə bilərəm. Onlardan biri Xudu Məmmədovdur. O, Azərbaycan tarixindən gəlib keçmiş bütün obrazları, parametrləri ilə ideallara cavab verən kimlikdir. Onun irsi yaşayacaq. Onun obyektiv kimliyinin ortaya qoyduğu şəxsiyyət etalonu Azərbaycanda uzun müddət nümunə kimi göstəriləcək”.

***

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Təhsil naziri Ceyhun Bayramov, Səhiyyə naziri Oqtay Şirəliyev, Vergilər naziri Mikayıl Cabbarov, Mədəniyyət naziri Əbülfəs Qarayev də Şirməmməd Hüseynovun vida mərasimində iştirak ediblər.

***

Mərhumun cənazəsi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Tarix
2019.06.25 / 13:45
Müəllif
Kult.az
Şərhlər
loading...
Digər xəbərlər

FHN əməkdaşları maşında sıxılıb qalan şəxsi çıxardı

Qızı Zərdabinin sümüklərini niyə evdə saxlayıb?

İntiqam Valehoğluna vəzifə verildi

Mədəniyyət naziri “Real”a müsahibə verdi

Əbülfəs Qarayev jurnalistləri təbrik etdi

İki gün də geciksəydim, ölə bilərdim - Xalq artisti

İlham Əliyev jurnalistləri təbrik etdi

Masallıda 100 ədəd çinar ağacı yandı

Nar bağında baş vermiş yanğın söndürüldü

Bakıda restoranda kütləvi dava

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla