Yuxarı

Oğuzda ovçular canavarın ovuna çıxdı - Nazirlik

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğuzda ovçular canavarın ovuna çıxdı - Nazirlik

18:22

Oğuz rayonunda canavar mal-qaranı parçalayıb, sakinlərə xəsarət yetirib.

Report-un məlumatına görə, hadisə bu gün gunorta saatlarında rayonun Xaçmaz kəndində qeydə alınıb.

Belə ki, canavar əvvəlcə mal-qaraya, daha sonra isə qarşısına çıxan kənd sakinlərinə hücum çəkib. Nəticədə ikisi uşaq olmaqla 4 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirilib ki, yaralılardan bir nəfərinin sifət nahiyəsində xəsarətlər ciddi olduğundan vəziyyəti ağır olaraq qiymətləndirilir.

***

Oğuz rayonunda canavarın xəsarət yetirdiyi şəxslərin adları məlum olub.

Onların hamısı rayonun Xaçmaz kəndinin sakinləridir.

Bunlar 15 yaşlı Namiq Bəkirov, 15 yaşlı Tural Məmmədnəbili, 57 yaşlı İbrahim İslamov və 57 yaşlı Mahirə Məmmədovadır.

Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, 15 yaşlı Namiq Bəkirova başın, üst dodağın, boyunun və başın arxa səthinin canavar dişləməsi diaqnozu qoyulub, vəziyyəti orta-ağırdır.

15 yaşlı Tural Məmmədnəbiliyə sol əlin bazu nahiyəsinin, sol ayağın və budun canavar dişləməsi diaqnozu qoyulub, vəziyyəti orta-stabildir.

57 yaşlı İbrahim İslamov və 57 yaşlı Mahirə Məmmədovaya sol və sağ əlin canavar dişləməsi diaqnozu qoyulub, vəziyyətləri kafidir.

Yaralılara quduzluq əleyhinə peyvənd vurulub və nəzarətdə saxlanılır.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Oğuz rayonunun Xaçmaz kəndində canavarın insanlara hücum etməsi faktı ilə bağlı həvəskar ovçulardan ibarət İşçi Qrup yaradılıb.

Bu barədə Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, hazırda sözügedən ərazidə İşçi Qrup tərəfindən vəhşi heyvanın tapılaraq zərərsizləşdirilməsi məqsədilə tədbirlər görülür.

Tarix
2019.06.28 / 19:40
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla