Yuxarı

Gənc yazıçı sabah dəfn olunacaq - Yeniləndi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:47

Azərbaycanda gənc yazar Mahmud Atakişiyev (İkinci Mahmud) bu gün Xətai rayonunda yerləşən evində vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə yazıçının dostu Ömər Mazanov məlumat yayıb.

"M.Atakişiyev bu gün səhər saatlarında həyat yoldaşı Könül Atakişiyevaya zəng edərək, ürəyi ağrıdığını deyib. Həyat yoldaşı evə çatanda onun artıq keçindiyini görüb", - məlumatda qeyd olunub.

O, doğulduğu Ağstafa rayonunun Muğanlı kəndində dəfn olunacaq.

Qeyd edək ki, İkinci Mahmud 2013-cü ildən mətbuatda çıxış etməyə başlayıb. Onun “Ümid arası” adlı hekayəsi alman dilinə tərcümə edilib.

Özü isə A.Şopenhauer, A.Kamyu, U.Eko, Ç.Planik, V.Pelevi və N.Dumbadzenin bir-neçə esse və hekayəsini Azərbaycan dilinə tərcümə edib.

O həmçinin "Synaps Library" layihəsinin ideya müəlliflərindən, “Tarixin izi ilə” adlı bədii-sənədli filmin ssenari müəllifi və rejissorlarından biridir.

Yazıçının “Tualet kağızı: heç nə haqqında üç esse” kitabı 2013-cü ilin mart ayında bir neçə onlayn kitab mağazasında satış reytinqi üzrə birinci olub.

Allah rəhmət eləsin!

***

Bu gün dünyasını dəyişən gənc yazıçı İkinci Mahmudun (Mahmud Ağakişiyev) dəfn mərasimi sabah olacaq.

Muğanlı kənd İcra nümayəndəsi Nəbi Mursaquliyevin Report-a verdiyi məlumata görə, yazıçının cənazəsinin yaşadığı kəndə gətirilməsi ləngidiyi üçün dəfn mərasimi sabah olacaq.

"Cənazə hələ ki yoldadır, gətirirlər, bir neçə saata atası evinə çatarlar. Mərhumun sabah kənd qəbiristanlığında, atasının qəbri yanında torpağa tapşırılması planlaşdırılır".

Tarix
2019.07.06 / 20:09
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla