Yuxarı

Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başladı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin-Huzhou Universitetinin tələbələri üçün Azərbaycan-Çin linqvistik-mədəni yay düşərgəsinin açılışı olub. Builki ənənəvi hadisə “Bir kəmər – bir yol” – mədəni səyahət şüarı altında keçirilir.

Kult.az xəbər verir ki, düşərgənin məqsədi xarici dillərin öyrənilməsi, Azərbaycan mədəniyyəti və ənənələri ilə tanışlıqla yanaşı, iki universitetin tələbələrini müxtəlif tədbirlərdə və müsabiqələrdə özünü sınamaq, yeni dostlar tapma imkanı ilə təmin etməkdir. Düşərgə iştirakçıları üçün Azərbaycanın tarixi və görməli yerlərinə ekskursiyalar, eləcə də mədəni-əyləncəli tədbirlər təşkil olunur.

Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycanın Çin və Avropa arasındakı mühüm tranzit rolu və transxəzər beynəlxalq nəqliyyat marşrutunun yaradılmasından danışaraq, Prezident İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nun əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən ADU-nun Elm və İnnovasiya məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova təhsil sahəsində Azərbaycan və Çin universitetləri arasında əməkdaşlığın genişləndirilməsinin öz həmyaşıdlarına qədim zamanlardan bəri Çin ilə sıx bağlı olan Azərbaycanın qədim tarixi və mədəniyyəti haqqında məlumat verəcəklərinə ümidvar olduğunu bildirib.

Mərasimdə çıxış edən bir qrup çinli tələbələrin rəhbərləri, Huzhou Universitetinin Rəssamlıq fakültəsinin katibi Qing Vey və müəllim Çeng Çenglin Azərbaycan və Çin arasında humanitar əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, ADU-nun rektoru, xalq yazıçısı, akademik Kamal Abdullaya ölkəmizin nadir mədəni irsi ilə tanış olmaq imkanı verdiyinə görə minnətdarlığını bildirib.

Onlar həmçinin düşərgənin işinə, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə, ADU Konfutsi İnstitutu ilə ADU-nun ortağı olan Huzhou Universitetinin tələbə mübadiləsinə köməklik göstərəcəyinə ümid etdiyini bildiriblər.

Tarix
2019.07.09 / 14:38
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla