Yuxarı

Xalq artistindən ürəkdağlayan sözlər - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:53

Həkimlər mənə səhhətim haqqında heç nə demirlər, amma görürəm ki, vəziyyətim pisdir, ölümcül haldayam.

Bu sözləri Kult.az-a açıqlamasında xalq artisti Yalçın Rzazadə deyib. O, son günlər səhhətində yaranan problemlər barədə danışıb:

“Hazırda Mərkəzi Dənizçilər Xəstəxanasındayam. Bir neçə gündə nə qədər xəstəxana gəzmişəm. Vəziyyətim çox gərgindir. Neçə gündür ölümcül vəziyyətdə xəstəxanada yatıram, vəziyyətim gərginləşir. Öd kisəmdə problemlər var, mədəmdə yaralar əmələ gəlib. Müalicəm davam edir. Dörd saatdır ki, uzanmışam, yeriyə bilmirəm. Demək olar ki, o Yalçından əsər-əlamət qalmayıb”.

Xalq artisti özünə qarşı olan laqeyd münasibətdən gileylənib:

“Məni məhv edən bu xəstəlik yox, şəxsimə qarşı olan diqqətsizlikdir. Mən bütün həyatımı Azərbaycan xalqına, musiqisinə, mədəniyyətinə xərcləmişəm. Hesab edirəm ki, buna qarşılıq da olmalıdır. Hazırda mən özümü kimsəsiz, heç kimə lazımsız sənətkar hesab edirəm. Çünki bir neçə gündür ordan-ora gedirəm. Cəmi bir neçə dostum gəlir. Mən diqqətdə olan sənətkar idim. Belə kimsəzilik, biganəlik... Allah mənə ömür versə, yaşasam, bundan sonra da şərəfli yaşamağa çalışacağam. Mən indi heç kimə lazım deyiləm”.

***

Yalçın Rzazadənin oğlu Mətin Rzazadə Kult.az-a açıqlmasında deyib ki, xalq artisti hazırda evdədir:

“Atamın öd kisəsində problemlər yaranıb və qanına zəhərlənmə yayılıb. Hazırda müalicəsini evdə davam etdiririk. Qanın təmizlənməsi üçün sistemlər vurulur. Çox güman ki, əməliyyat olunacaq.

Qeyd edək ki, bundan əvvəl Trend Yalçın Rzazadənin səhhətinin pisləşdiyini yazmışdı.

Tarix
2019.07.11 / 17:04
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla