Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
6 İyul 2020


Yohannes Hanın Aİ-yə namizədliyi irəli sürüldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriya Nazirlər Kabinetinin ardından iyulun 18-də parlamentin əsas komitəsi də Yohannes Hanın Avropa İttifaqı komissarı vəzifəsinə namizədliyini dəstəkləyib.

Azərtac xəbər verir ki, parlamentdə təmsil olunan beş partiyanın hamısı yekdilliklə Y.Hana səs veriblər. Bununla da Avstriya Avropa Komissiyasının yeni tərkibindəki təmsilçisini müəyyənləşdirib.

Avstriyanın Federal Kansleri Briqitte Birlaynın təklifi əsasında namizədliyi təsdiqlənən Yohannes Han hazırda Aİ-nin qonşuluq siyasəti üzrə komissarıdır. Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen onun namizədliyini qəbul edəcəyi təqdirdə bu, Y.Hanın üçüncü müddətə komissarlıq fəaliyyəti olacaq.

Y.Han keçirdiyi mətbuat konfransında ona göstərilən etimada görə təşəkkür edib, həm hökumət, həm də parlament tərəfindən namizədliyinin yekdilliklə dəstəklənməsinin fəaliyyəti üçün stimul verdiyini qeyd edib. O, eyni zamanda, komissar kimi indiyədək çalışdığı sahə - xarici siyasət üzrə missiyasını davam etdirməkdə maraqlı olduğunu deyib.

Qeyd edək ki, Avropa Komissiyasının yeni seçilmiş Prezidenti Ursula fon der Leyen öz komandasını formalaşdırarkən komissarların sayında gender bərabərliyini qorumağa çalışacağını bildirib və ölkələr üzrə həm qadın, həm də kişi namizədlərin təklif olunmasını arzuolunan hal kimi vurğulayıb. Avstriya tərəfinin komissar postuna yalnız bir namizəd irəli sürməsi əlavə namizəd tələbini gündəmə gətirə bilər. Ursula Fon der Leyen öz komandasını formalaşdırdıqdan sonra namizədlərin Avropa Parlamentindən dinlənilməsi həyata keçiriləcək və yalnız bundan sonra komissiyanın tərkibi rəsmi şəkildə təsdiqlənəcək.

Tarix
2019.07.18 / 21:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Medianı təhqir edən gənc kimin oğludur? - Video

Deputatın istirahət məkanında karantin pozuldu - Video

Polis polkovniki qəfil dünyasını dəyişdi

Bu şirkətin əməkdaşı qəzada öldü

Əməkdar artist Tofiq Hüseynov vəfat etdi

İsmayıllıda icazəsiz istirahətə gedənlər cərimələndi

Bakıdakı güclü yanğınla bağlı son məlumat - Video

"Sobsan" yanğını davam edir: 4 FHN-çi xəsarət aldı

Dəhşətli yanğın: təxliyə başladı, binaların suyu... – Video

Bakıdakı güclü yanğın: FHN video yaydı

KULT
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla